• Home  
  • Türkiyədə dövlət tenderlərinin monitorinqində süni intellektdən istifadə olunur
- Dünya - Gündəm - Texnologiya

Türkiyədə dövlət tenderlərinin monitorinqində süni intellektdən istifadə olunur

Süni intellekt (AI) Türkiyənin dövlət tenderlərinin monitorinqini aparmaq üçün istifadə olunur. Əks-səda Türkiyə Rəqabət Departamentinin rəhbəri Birol Küleyə istinadla xəbər verir ki, Türkiyə Dövlət Satınalmaları İdarəsi tərəfindən təqdim edilən çoxlu sayda məlumat süni intellekt proqramları vasitəsilə təhlil edilir. “Biz rəqabət qaydalarının pozulması şübhəsi yaradan hər hansı bir təşəbbüsə diqqət yetiririk. Dövlət üçün ən optimal qiymətə və […]

Süni intellekt (AI) Türkiyənin dövlət tenderlərinin monitorinqini aparmaq üçün istifadə olunur.

Əks-səda Türkiyə Rəqabət Departamentinin rəhbəri Birol Küleyə istinadla xəbər verir ki, Türkiyə Dövlət Satınalmaları İdarəsi tərəfindən təqdim edilən çoxlu sayda məlumat süni intellekt proqramları vasitəsilə təhlil edilir.

“Biz rəqabət qaydalarının pozulması şübhəsi yaradan hər hansı bir təşəbbüsə diqqət yetiririk. Dövlət üçün ən optimal qiymətə və keyfiyyətə uyğun mal və xidmətlərin tədarükünün təmin edilməsi vətəndaşların vergi gəlirlərinin səmərəli istifadəsi baxımından çox vacibdir”, – deyə Küle bildirib.

O, dövlət satınalmalarında rəqabət mühitinin təmin edilməsini ən vacib məsələlərdən biri kimi səciyyələndirib. “Tender məsrəflərinin dövlət büdcəsi xərclərinin əhəmiyyətli hissəsini təşkil etdiyini nəzərə alsaq, bu sahədə rəqabətin təmin edilməsi departamentimiz üçün “qırmızı xətt” deməkdir. Bu, bazarlarda sağlam qiymət şərtləri yaradır”, – deyə Türkiyə Rəqabət Departamentinin rəhbəri vurğulayıb. Onun sözlərinə görə, tenderlərdə rəqabət risklərinin və potensial pozuntuların mövcudluğu ilə bağlı nəticələr də statistik modelləşdirmə və təhlil məlumatlarına əsaslanır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.