• Home  
  • Uruqvayda hərbi təlim zamanı üç hərbçi boğularaq ölüb
- Dünya - Gündəm - Hadisə

Uruqvayda hərbi təlim zamanı üç hərbçi boğularaq ölüb

Uruqvayda keçirilən hərbi təlimlər zamanı üç hərbçi boğularaq ölüb, daha bir hərbçi isə xilas edilib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Quru Qoşunlarının komandanlığı məlumat yayıb. Bildirilib ki, hazırda araşdırılan texniki səbəblərdən bir qrup hərbçi naməlum obyektə ilişib. Bu, təcili tədbirlərin görülməsinə və əsas trosun kəsilməsinə səbəb olub. Nəticədə dörd hərbçi suyun altında qalıb. Onlardan […]

Uruqvayda keçirilən hərbi təlimlər zamanı üç hərbçi boğularaq ölüb, daha bir hərbçi isə xilas edilib.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Quru Qoşunlarının komandanlığı məlumat yayıb.

Bildirilib ki, hazırda araşdırılan texniki səbəblərdən bir qrup hərbçi naməlum obyektə ilişib. Bu, təcili tədbirlərin görülməsinə və əsas trosun kəsilməsinə səbəb olub.

Nəticədə dörd hərbçi suyun altında qalıb. Onlardan üçü həyatını itirib. Dördüncü hərbçi xilas edilib, ona reanimasiya tədbirləri göstərildikdən sonra yerli xəstəxanaya yerləşdirilib.

Hadisə Fray Bentos şəhəri yaxınlığında baş verib. Təlim çərçivəsində hərbçilər təlimatçıların müşayiəti ilə 2,5 kilometr məsafəni üzməli olublar. Quru Qoşunlarının məlumatına görə, hərbçilərin hamısı bir əsas trosa bərkidilmiş vəziyyətdə olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.