Gündəm:
Thursday, 5 November 2026

Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Himalayda qar uçqunu qurbanlarının sayı 15-ə çatıb

Himalayda Ximlunq-Himal (7 126 m) zirvəsi ərazisində baza düşərgəsinə qar uçqununun düşməsi nəticəsində ölənlərin ümumi sayı 15-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “The Himalayan Times” nəşri yazıb. Bildirilib ki, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb. Bir nəfər hələ də itkin düşmüş hesab olunur.

Siyasət
Dünya Gündəm Siyasət

Finlandiya Ukraynanın bərpası üçün 50 milyon avro məbləğində kredit ayıracaq

Finlandiyanın Xarici İşlər Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Təşkilatı (IDA) xətti ilə Ukraynaya 50 milyon avro məbləğində kreditin verilməsini təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna mediası Finlandiyanın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Kredit IDA-nın yeni xüsusi maliyyələşdirmə proqramına – “SPUR 2.0″a (“Special Program for Ukraine Recovery 2.0”) yönəldiləcək ki, onun […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Azərbaycanda güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 2-3-də güclü külək əsəcək. Əks-səda xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, […]

Hadisə
Dünya Gündəm Hadisə

Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir

Yuxarı sinif şagirdləri və universitet tələbələri tərəfindən təşkil edilən blokada Fransanın bir sıra şəhərlərində iğtişaşlara çevrilib, polis saxlanmalar həyata keçirir. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bəzi məlumatlara görə, Nitsa və Mentonda 14-18 yaş arası gənclər arasında 24 nəfər həbs olunub. Od departamentinin prefekti 12 nəfərin həbs edildiyini bildirib. Rona regionunda 34 nəfər […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Əks-səda xəbər verir ki,  bu barədə İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabr ayında 151 tank əleyhinə mina, 757 piyada əleyhinə mina, 4525 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir. Məlumata əsasən, 6 667,1 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

ADY: Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. Əks-səda xəbər verir ki, bu barədə ADY-dən bildirilib. Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək. Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 %-ə yaxın artım deməkdir. […]

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyədə kömür mədənində uçqun baş verib

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir. Baş […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.