Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb

Gəncə şəhərində antisanitar şəraitdə dönər əti hazırlayan emal sexinin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub. Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından […]

Elm
Dünya Elm Gündəm

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Əks-səda xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir. Drakonidlərin əsas cismi Yupiter […]

İqtisadiyyat
Cəmiyyət Gündəm İQTİSADİYYAT Ölkə

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə daha 2 xarici rəqəmsal xidmət təchizatçısını vergi uçotuna alıb. Əks-səda xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Məlumata görə, bunlar, İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu gündən qüvvəyə minib. Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət […]

Kriminal
Cəmiyyət Gündəm KriminaI Ölkə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşada müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Azərbaycana ekstradisiyası həyata keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Naməlum şəxslər Kanada hökumətinin saytının parolunu sındırmağa cəhd ediblər

Naməlum süni intellekt agentləri Kanada hökumətinin veb saytının parolunu sındırmağa cəhd ediblər. Əks-səda xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qeyri-kommersiya süni intellekt tədqiqat təşkilatı olan “Transluce”a istinadən xəbər verib. Tədqiqatçılar süni intellekt agentlərinin ölkənin əsas dövlət agentliyi və milli kitabxanası olan “Library and Archives Canada”ya daxil olmağa cəhd etdiklərini bildiriblər. Agentlərin kimliyi məlum deyil, […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub. Əks-səda xəbər verir ki, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb. Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı. Körpünün hər birinin […]

Hadisə
Dünya Gündəm Hadisə

Suriyada qaz boru kəmərində partlayış üç elektrik stansiyasını sıradan çıxarıb

Dəməşqin şərq ətrafındakı “Tişrin” İstilik Elektrik Stansiyası (İES) ərazisində qaz boru kəmərində baş verən partlayış elektrik stansiyasının özünün, həmçinin digər iki – “Deyr Əli” və “Ən-Nasiriyyə” İES-in işində fasilələrə səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə Suriya Energetika Nazirliyi məlumat yayıb. Stansiya mütəxəssisləri qaz klapanlarını bağlayıb və boru kəmərinin zədələnmiş hissəsini təcrid ediblər. Bu, qaz axınını […]

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ-də Trampın prezidentliyinin başlanğıcından 250 min viza ləğv edilib

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ildə prezident vəzifəyə başlamasından bəri 250 000-dən çox vizanı ləğv edib. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott “Fox News”a bildirib. “Prezident Tramp və dövlət katibi (Marko) Rubionun rəhbərliyi altında Dövlət Departamenti 250 000-dən çox vizanı ləğv edib – bu, Amerika xalqını qorumaq üçün […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Si Cinpini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. Əks-səda xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Sədr, 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Çin Xalq Respublikasının Sizin […]

Elm
Dünya Elm Gündəm

İsveçrədə buzlaqların 5,5 %-dən çoxu bir ildə yoxa çıxıb

İqlimşünaslar müəyyən ediblər ki, İsveçrə buzlaqları bu il qeyri-adi isti, quru yay və az qarlı qış səbəbindən əvvəlki ilin kütləsinin 5 %-dən çoxunu itirib ki, bu da 2022-ci ilin rekorduna yaxındır. Ümumilikdə, İsveçrə buzlaqlarının həcmi son beş ildə təxminən 20 % azalıb. Əks-səda xəbər verir ki, bu barədə İsveçrə Ali Texnologiya Məktəbinin mətbuat xidməti məlumat yayıb. “İsveçrə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.