Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir
Sumqayıtın Corat qəsəbəsində qadın qətlə yetirilib. Əks-səda xəbər verir ki, 31 yaşlı Şəhana İmanova yaşadığı evdə öldürülüb. Hadisəni törtəməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 33 yaşlı Əsgər Hüseynov şübhəli şəxs qismində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.











