“Bild”: Almaniya Hamburq limanını NATO hərbi texnikasının daşınması üçün modernləşdirir
Almaniya hökuməti ilk dəfə Hamburq limanının infrastrukturunun modernləşdirilməsinə böyük vəsait ayırmağı planlaşdırır. Buraya böhran vəziyyətində NATO-nun hərbi texnikasının mümkün daşınması üçün infrastrukturun hazırlanması da daxildir. Əks-səda “Bild” qəzetinə istinadən xəbər verir ki, Almaniyanın ən böyük dəniz limanı Avropanın təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi fonunda ölkə hakimiyyəti və NATO komandanlığı tərəfindən əsas logistik qovşaqlardan biri kimi nəzərdən keçirilir. […]











