Year: 2026

Hadisə
Gündəm Ölkə

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Günəş” şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Hadisə
Gündəm Hadisə Ölkə

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal […]

Kriminal
Dünya Gündəm Hadisə

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada məktəblərdən birinin şagirdi terror aktı təşkil etmək istəyib, bundan əvvəl o, təhsil müəssisəsinin binasında yanğın təşkil etmişdi. Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə Saxa (Yakutiya) Respublikası məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb. Məhkəməyə Rusiyanın Verxnevilyuysk rayonu üzrə DİİŞ-nin rəis əvəzinin inzibati iddia ərizəsi daxil olub. Tələblərin əsaslandırılmasında qeyd edilib ki, iyuldan sentyabra qədər […]

Hadisə
Dünya Gündəm Hadisə

İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb

İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən “Xinhua” agentliyi məlumat yayıb. Xilasetmə komandaları itkin düşmüş 57 nəfərin axtarışlarını aparır, digər 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə edilib. Göyərtəsində 243 sərnişin olan “Virgo Transport 8” gəmisi sentyabrın 12-də […]

Hadisə
Gündəm Ölkə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıbb. Bildirilib ki, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrdə bildirib. “Hazırda komissiya Kubrinsk kəndindəki bütün evləri yoxlayır. İndiki məqamda 22 çoxmənzilli binanın ciddi zərər gördüyü məlumdur. Partlayış dalğası və qəlpələr […]

Kriminal
Dünya Gündəm Hadisə

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əks-səda xəbər verir ki, bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib. Teona Feraadzenin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Əks-səda bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev pr, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və rayonun Qarasuqumlaq kəndinin […]

İdman
Gündəm Idman Ölkə

Azərbaycan boksçuları U-17 Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan boksçuları oktyabrın 3-də Monteneqronun Budva şəhərində start götürəcək U-17 Avropa çempionatında iştirak edəcəklər. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Bildirilib ki, 9 gün davam edəcək yarışda yığma 21 idmançı ilə təmsil olunacaq. Məşqçilər korpusu Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.