Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Kiyevdə iki böyük elektrik stansiyası Rusiyanın dron və raket hücumu nəticəsində dağıdılıb

Sentyabrın 30-u gecə yerli vaxtla saat 01.00-dan Ukrayna paytaxtı Kiyevə Rusiya ordusu tərəfindən hava hücumu yenidən başlayıb. Əks-səda xəbər verir ki, hücum fasiləsiz olaraq hələ də davam edir. Gecədən ballistik və digər tipli raketlərlə başlayan hücumlar, reaktiv dronlarıa davam edir. Nəticədə Kiyevin iki böyük elektrik stansiyaları, o cümlədən xeyli infrastruktur, mülki binalar dağıdılıb.

Cəmiyyət
Dünya Gündəm Hadisə

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. Əks-səda xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. “ESB Networks” şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub və hazırda elektrik təchizatının bərpası istiqamətində iş aparılır. Daha sonra meteoroloqlar sürücülərə mümkün […]

Hadisə
Dünya Gündəm Hadisə

UKMTO: Hörmüz boğazından keçən tanker mərmi ilə vurulub

Hörmüz boğazından keçən tanker naməlum mərmi ilə vurulub. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) sosial şəbəkələrdəki məlumatında bildirilib. “UKMTO Hörmüz boğazındakı insidentlə bağlı gecikmiş məlumat alıb. Mənbə bildirib ki, tankerə naməlum mərmi dəyib. Səlahiyyətli orqanlar araşdırma aparır. Gəmilərə Hörmüz boğazından keçərkən ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat […]

Texnologiya
Gündəm Ölkə Texnologiya

“ADEX 2026″da Türkiyə istehsalı olan PAMİR 4×4 hərbi nəqliyyat vasitəsi ilk dəfə nümayiş olunub

Türkiyənin BMC şirkətinin istehsal etdiyi PAMİR 4×4 taktik təkərli nəqliyyat vasitəsi Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş olunub. Əks-səda xəbər verir ki, nəqliyyat vasitəsi yük və heyət daşınması üçün nəzərdə tutulmuş çoxtəyinatlı taktiki zirehli maşındır. O, şəxsi heyətin və yüklərin çətin ərazi şəraitində təhlükəsiz daşınması üçün kamuflyaj rənglənməsinə, müasir […]

Texnologiya
Gündəm Ölkə Texnologiya

Azərbaycanda hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze PUA ilk dəfə görüntülənib

Türkiyənin BAYKAR şirkətinin Azərbaycandakı şirkəti “Bayraktar Teknoloji” tərəfindən inkişaf etdirilən KASIRGA şaquli qalxışlı kamikadze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə görüntülənib. Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə bağlı olan “SavunmaSanayiST.com” portalı məlumat yayıb. Qeyd edək ki, KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. […]

İdman
Dünya Gündəm Idman

Portuqaliya millisinin baş məşqçisi ilə Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub. Əks-səda xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. 41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar. Həmin matçda Ronaldu ehtiyatda qalıb və sonradan komandanın məşqində iştirak etməyib. Təcrübəli forvard sentyabrın […]

Kriminal
Gündəm KriminaI Ölkə

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutulub. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi […]

Siyasət
Dünya Gündəm Siyasət

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. Əks-səda XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində “Milrem Robotics” şirkətinin binalarının yandırılması insidenti ilə bağlıdır. Notada həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukraynaya davamlı zərbələri ilə əlaqədar etiraz ifadə olunur. Daha əvvəl Estoniya da “Milrem […]

Hadisə
Dünya Gündəm Hadisə

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransanın təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin xəsarət aldığını bildirib. Nümayişlər ötən həftə başlayıb. Tələbə etirazları Fransa hökumətinin 2027-ci il üçün sərt […]

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirərək maliyyə əməliyyatlarını məhdudlaşdırıb

ABŞ Kubaya qarşı yeni məhdudiyyətlər tətbiq edib, o cümlədən Kuba təşkilatlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə maliyyə əməliyyatlarının aparılması qaydalarını sərtləşdirib. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Amerika hakimiyyəti güc strukturları və “Grupo de Administración Empresarial S. A.” konqlomeratı ilə əlaqəli Kuba təşkilatları ilə maliyyə əməliyyatlarını qadağan edib. […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.