Sumqayıtda yük maşınının vurduğu piyada ölüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyevin sükanı arxasında olduğu “Mercedes Atego” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun […]











