Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub

Sentyabrın 25-də Afinanın mərkəzində yerləşən Plaka rayonunda güclü partlayış və ardınca baş verən yanğın nəticəsində üçmərtəbəli yaşayış binası tamamilə uçub, altı nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli ERT-News telekanalı məlumat yayıb. Qeyd olunub ki, dağıntıların təmizlənməsi zamanı xilasedicilər və yanğınsöndürənlər itkin düşmüş hesab olunan altı nəfərin meyitini aşkar ediblər. Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi […]

Gündəm Hadisə Ölkə

Tovuzda iki gənc qızı avtomobil vurub

Tovuzda iki gənc qızı avtomobil vurub. Əks-səda xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb. Belə ki, “Range Rover” markalı avtomobil 2010-cu il təvəllüdlü X. Ələkbərovanı və onun həmyaşıdı F. Nəsibovanı vurub. İlkin məlumata əsasən gənclərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.

Hadisə
Gündəm Hadisə Ölkə

Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Logan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

Hadisə
Dünya Gündəm Hadisə

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insan zərər çəkib. Səlahiyyətlilərin sözlərinə görə, yağıntıların toplanması səbəbindən şəhərin böyük kanallarında suyun səviyyəsi yüksəlib. Daşqın suları şəhərə, […]

Kriminal
Gündəm KriminaI Ölkə

Yasamalda avtomobildən 2 600 manatlıq oğurluq olub

Yasamalda avtomobildən oğurluq olub. Əks-səda xəbər verir ki, bu barəd’ə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri […]

Kriminal
Gündəm KriminaI Ölkə

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin məlumat yayıb. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində […]

Kriminal
Gündəm KriminaI Ölkə

Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb

Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H.Xəlilov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Kriminal
Gündəm KriminaI Ölkə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.