Year: 2026

Texnologiya
Cəmiyyət Dünya Gündəm Texnologiya

OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb

Amerikanın “OpenAI” şirkəti ən effektiv süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb və bu prosesi yalnız əlavə təhlükəsizlik tədbirləri tətbiq edildikdən sonra bərpa etməyi planlaşdırır. Əks-səda xəbər verir ki, şirkətin nümayəndəsi bu barədə “Axios” portalına bildirib. Portalın mənbələrinin məlumatına görə, “OpenAI” və “Anthropic” şirkətlərinin mütəxəssisləri təhlükəsizlik sahəsində çalışan tədqiqatçılarla birlikdə son aylarda süni intellekt modellərinin sınaqları və […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Əks-səda xəbər verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.

Texnologiya
Dünya Gündəm Texnologiya

Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb

Boeing şirkəti 737 MAX təyyarəsində avtomatik naviqasiya funksiyasının sıradan çıxmasına səbəb ola biləcək proqram təminatında nasazlıq aşkar edib. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” sənədə istinadən yazıb. Problem pilot kabinəsində proqram təminatının yenilənməsindən sonra müəyyənləşdirilib. Nasazlıq ekipaj ikinci dövrə qalxdıqdan sonra marşrutu dəyişdikdə yarana bilər. Bəzi hallarda pilotlara təyyarəni avtopilotun müəyyən funksiyalarından […]

Hadisə
Dünya Gündəm Hadisə

Kanadada helikopter qəzasında 4 nəfər həlak olub

Kanadanın Kvebek əyalətində baş verən helikopter qəzasında 4 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “CBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib. Qeyd olunub ki, qəza sentyabrın 26-da axşam saatlarında Monreal şəhərindən 55 kilometr məsafədə baş verib. Polis hələlik qəzanın səbəbləri, hava gəmisinin sahibi və həlak olan şəxslərin kimliyi barədə məlumat təqdim etməyib. Qəza […]

Hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədova Şəlalə Habil qızının idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü […]

Cəmiyyət
Cəmiyyət Manşet Ölkə

Azərbaycanda Anım Günüdür

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. Əks-səda xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Bakı şəhər halqasında “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əks-səda xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda – 16 mindən çox xarici […]

Hadisə
Dünya Gündəm Hadisə

Güclü fırtına ABŞ-nin şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub

ABŞ-nin şimal-şərq bölgələrini cənginə alan güclü fırtına on minlərlə insanın işıqsız qalmasına səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Məlumata əsasən, Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında təxminən 75 min sakin elektrik enerjisindən məhrum olub. Pis hava şəraiti şənbə günü yüzlərlə aviareysin ləğvinə də səbəb olub. Problemlər, xüsusilə, Bostonda yerləşən “Loqan” beynəlxalq […]

Hadisə
Gündəm Hadisə Ölkə

Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb

Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib. Əks-səda xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Belə ki, “Hyundai” və “VAZ – 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ – 2107” markalı nəqliyyat vasitəsində olan Ağcabədi rayonu Poladlı kənd sakinləri 1966-cı il təvəllüdlü Cəfərov Novruz və onun kiçik qardaşı 1970-ci il […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.