Year: 2026

Volodimir Zelenski
Dünya Gündəm Siyasət

Zelenski: Başqırdıstan və Samarada neft emalı zavodlarına zərbələr endirilib

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, son sutka ərzində Başqırdıstan və Samara vilayətində (Rusiya Federasiyası) iki neft emalı zavoduna zərbələr endiriblər. Əks-səda xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “X” sosial şəbəkəsində yazıb. Öz növbəsində, Başqırdıstan rəhbəri Radiy Xabirov bölgəyə növbəti pilotsuz uçuş aparatları hücumunun dəf edilməsi barədə məlumat verib. “Bu gün biz daha bir […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakının Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri […]

Hadisə
Dünya Gündəm Hadisə

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenidən uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti yenidən 7 gün uzadılıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib. O qeyd edib ki, məhkəmədə polis tərəfindən verilən məlumata görə, istintaq çərçivəsində indiyədək 320-dən artıq şəxsin ifadəsi alınıb: “Araşdırmada […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Əks-səda xəbər verir ki, mətndə deyilir: “Hörmətli Sərdar Qurbanquliyeviç, Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı […]

Hadisə
Dünya Gündəm Hadisə

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər – 28 ekipaj üzvü və bir sərnişin olub. Sahil mühafizəsinin məlumatına görə, insanlar təxliyə edilməyib, eyni zamanda göyərtədə olanlardan heç […]

İdman
Gündəm Idman Ölkə

UEFA Millətlər Liqası: Litva – Azərbaycan matçının hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin səfərdə Litvaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib. Əks-səda xəbər verir ki, görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək. VAR hakimi Marios Kristoforou, VAR köməkçi […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə Texnologiya

“Kalaşnikov” Bakıda keçiriləcək ADEX 2026 sərgisində yeni avtomatlar təqdim edəcək

Rusiyanın “Kalaşnikov” konserni Bakıda 30 sentyabrdan 2 oktyabradək keçiriləcək ADEX 2026 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni qısaldılmış və kiçikölçülü avtomatları, həmçinin “KUB” ailəsinə aid zərbə sursatlarını təqdim edəcək. Əks-səda xəbər verir ki, bu barədə konsernin mətbuat xidmətinin məlumatında deyilir. Sərgidə ilk dəfə 5,45 mm-lik qısaldılmış AK-12K və kiçikölçülü AK-12SK avtomatları, 7,62 mm-lik qısaldılmış AK-15K və kiçikölçülü […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu […]

Hadisə
Dünya Gündəm Hadisə

İranda ağır avtoqəza olub, 8 nəfər ölüb

İranda Savə – Həmədan köhnə avtomagistralında “Peugeot” və “Pride” markalı iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb. Əks-səda İRNA-ya istinadən xəbər verir ki, bu barədə Savə Səhiyyə İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samanə Qasemi bildirib. Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb. Hadisənin səbəbi yol polisi tərəfindən araşdırılır. Bildirilib ki, Savə – Həmədan (hər ikisi […]

Gündəm KriminaI Ölkə

Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb

Bakının Suraxanı rayonunda 11 kiloqram narkotik aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb. Ondan 11 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.