Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Əks-səda xəbər verir ki, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmadan sonra “Ford Transit” yoldan çıxaraq aşıb. […]

Hadisə
Dünya Gündəm Hadisə

“Yle”: Finlandiyanın “F-35” qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb

Finlandiyanın sifariş etdiyi “F-35” qırıcılarından biri ABŞ-dən gətirilərkən texniki nasazlıq səbəbindən Azor adalarında qalıb. Əks-səda “Yle” teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin qərargah rəisi Aki Puustinen bildirib. Onun sözlərinə görə, mühərrik işə salınarkən göyərtə diaqnostika sistemi təyyarənin elektron sistemlərində mümkün nasazlıq barədə xəbərdarlıq verib. Həmin vaxt altı Finlandiya və Belçika […]

İqtisadiyyat
Dünya Gündəm İQTİSADİYYAT

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. Əks-səda xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırda onun orta qiyməti 6,49 dollara qədər artıb, halbuki bir həftə əvvəl o, 6,17 dollara […]

Hadisə
Dünya Gündəm Hadisə

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiya siyasətinə qarşı çıxan nümayişçilər polislərə tərəf fişənglər, tüstü bombaları və çubuqlar atmağa başlayıblar. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və atlı polis […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Əks-səda xəbər verir ki, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. Əks-səda paylaşımı təqdim edir: Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! pic.twitter.com/QC03wfr9pm — İlham Əliyev (@azpresident) September 19, 2026

Cəmiyyət
Cəmiyyət Manşet Ölkə

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Əks-səda xatırladır ki, bununla bağlı Sərəncam 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən imzalanıb. Dövlət Suverenliyi Gününün təsis olunmasına səbəb Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-da Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə bağlı olub. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin […]

Prezident İlham Əliyev
Cəmiyyət Manşet Rəsmi

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. Əks-səda paylaşımı təqdim edir: 20 Sentyabr – Dövlət Suverenliyi Günü#Azərbaycan #Azerbaijan pic.twitter.com/s0zLDRdh2w — İlham Əliyev (@azpresident) September 19, 2026

Hadisə
Dünya Gündəm Hadisə

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. Əks-səda BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər. Hücumun qurbanı 63 yaşlı Qreq O’Nil olub. Hadisə sentyabrın 18-i Pertdən şimalda yerləşən məşhur Sorrento çimərliyinin yaxınlığında baş verib. Kişinin meyiti […]

Hadisə
Gündəm Hadisə Ölkə

Bilgəhdə 2 nəfər dənizdə batıb

Bilgəhdə 2 nəfər dənizdə batıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.