Year: 2026

Kriminal
Cəmiyyət Gündəm KriminaI Ölkə

Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən gün polis əməkdaşları tərəfindən 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 18-də ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Bildirilib ki, artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyanın İrkutsk vilayəti ayılara görə yüksək hazırlıq rejiminə keçib

Rusiyanın İrkutsk vilayətində ayıların insanların yaxınlığında peyda olması hallarının kəskin artması ilə əlaqədar yüksək hazırlıq rejimi elan edilib. Əks-səda xəbər verir ki, bu barədə regionun qubernatoru İqor Kobzev bildirib. Onun sözlərinə görə, müvafiq fərman qonur ayıların təbii yaşayış mühitindən kənara çıxması faktlarının çoxalması fonunda qüvvəyə minib. Yırtıcılar müntəzəm olaraq yaşayış məntəqələrinin yaxınlığında, avtomobil yollarında, eləcə də […]

Hadisə
Gündəm KriminaI Ölkə

Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir

Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb. Əks-səda xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. Məlumata görə, 1966-cı il təvəllüdlü Qasımova Ramilə Əvdil qızı həyat yoldaşı, 1959-cu il təvəllüdlü Qasımov Nizaməddin Davud oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Yaralı xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

Hadisə
Gündəm KriminaI Ölkə

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb Əks-səda xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Əks-səda xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli “Əmək” ordeni ilə Bağırova Ülviyə Adil qızı Bayatlı Tamam Fərman qızı Cəfərov Teymur Vaqif oğlu Əhmədov Zakir Xuduş oğlu Quliyev Cahid Allahverdi oğlu Quliyev Mübariz Maşallah oğlu Quliyev […]

Kriminal
Gündəm Hadisə Ölkə

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilməsi nəzərdə tutulur. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yay;b. Məlumata görə, müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək. Belə ki, 19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət […]

Hadisə
Dünya Gündəm KriminaI

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq və Narkotik Cinayətləri İstintaq Bürosunun […]

Hadisə
Gündəm Hadisə Ölkə

Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə rayonun Mirzəcamallı kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilli idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər şəxslər-İsgəndərov Məhəmməd Məmməd oğlu, Babayev Səxavət Niyaz oğlu, Hüseynova Ruhiyyə Sabir […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.