Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Kriminal
Cəmiyyət Gündəm KriminaI Ölkə

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Polis əməkdaşları tərəfindən ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 tüfəng, 6 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan […]

İdman
Dünya Gündəm Idman

İtaliya millisinin sabiq futbolçusu Sandro Matsola vəfat edib

İtaliya millisinin və “İnter” klubunun sabiq futbolçusu Sandro Matsola vəfat edib. Əks-səda xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb. Keçmiş hücumçu 83 yaşında həyatını itirib. Xatırladaq ki, S.Matsola 1960-1977-ci illər aralığında “İnter”in heyətində 567 oyun keçirib, 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya millisində 70 matçda 22 dəfə fərqlənib.

Hava
Cəmiyyət Gündəm Ölkə

Bazar günü arabir yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb. Əks-səda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin”112″ qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri […]

Hadisə
Dünya Gündəm Hadisə

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. Əks-səda İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub. İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Paderan “Mossad”a məxfi hərbi məlumatları ötürmək ittihamı ilə saxlanılıb. İddia olunur […]

İqtisadiyyat
Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan nefti yenidən bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları və ya 1,07 % artaraq 122,37 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 125,42 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,80 ABŞ […]

Dünya
Dünya Gündəm Texnologiya

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. Əks-səda xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib. Yayımlanan fotolardan görünür ki, pilotsuz uçuş aparatları əsas qanadın ön hissəsində üfüqi stabilizatorların yerləşdiyi “ördək” sxemi üzrə […]

Siyasət
Dünya Gündəm Siyasət

Bolqarıstan 90 milyon dollarlıq korrupsiya şübhələri fonunda BƏƏ-dəki səfirini geri çağırıb

Bolqarıstan Xarici İşlər Nazirliyi korrupsiya şübhələri ilə əlaqədar ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri İvan Yordanovu geri çağırıb. Əks-səda xəbər verir ki, bu barədə yerli “FOCUS” agentliyi yazıb. Qeyd olunub ki, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova səfiri təcili şəkildə geri çağıraraq vəzifəsindən azad edib, həmçinin Bolqarıstanın BƏƏ-dəki səfirliyinin fəaliyyətinin yoxlanılmasını tapşırıb. “FOCUS” bu qərarı Bolqarıstanın daxili […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.