Year: 2026

Manşet Mədəniyyət və Incəsənət Ölkə Rəsmi

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun “Qağayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib. Əks-səda xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar. “Qızıl maska” da […]

Dünya Gündəm Siyasət

Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir

Rusiya Avropa ilə münasibətlərin həm bütövlükdə Avropa İttifaqı (Aİ), həm də ayrı-ayrı ölkələrlə bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin “Rusiya-Afrika” sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. O, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə bu yaxınlarda baş tutan telefon […]

Manşet Mədəniyyət və Incəsənət Ölkə

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb. Əks-səda xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar. Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr […]

Dünya Gündəm Hadisə

Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Nevşehir əyalətinin Kapadokiya bölgəsində Görəmə qəsəbəsində açıq hava muzeyinin girişində qayaların çökməsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb. Bildirilib ki, hadisə yerinə jandarma, polis, səhiyyə və axtarış-xilasetmə qrupları göndərilib. Ərazidə fövqəladə hallar üzrə qərargah qurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Dünya Gündəm Hadisə

Milanda sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Milanda (İtaliya) sinaqoq və məsciddə terror aktları hazırlayan 22 yaşlı gənc saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Həmin şəxs əvvəlcədən partlayıcı qurğuların hazırlanması və odlu silahların modifikasiyası üsullarını öyrənib. O, hazır qurğulardan Milan ətrafındakı sinaqoq və məsciddə istifadə etməyi planlaşdırıb. Axtarış zamanı polislər onun elektron cihazlarında ksenofobiyanı və Holokostun inkarını təbliğ […]

Gündəm Hadisə Ölkə

Ceyranbatanda 10 şagird zəhərlənib

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. Əks-səda xəbər verir ki, şagirdlərin “popkorn”dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

Cəmiyyət Gündəm KriminaI Ölkə

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. Əks-səda xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi […]

Dünya Gündəm Hadisə

İspaniyada qatar maşinistləri tətil keçirirlər

İspaniyada “Semaf” qatar maşinistləri həmkarlar ittifaqı Urdedə (Toledo) baş vermiş faciəvi qəzadan bir gün sonra, “Renfe” operator şirkətindən təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılmasını və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edərək tətilə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Tətildə ən azı 6 min nəfər iştirak edəcək. “Renfe” şirkətinin qatar maşinistləri həmçinin qatarların […]

Dünya Gündəm Hadisə

Rusiya Dneprdə vağzala zərbə endirib: 13 nəfər ölüb

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb. Əks-səda “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb. “Ukrzaliznıtsya” şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr – Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.