Britaniyanın sahil mühafizəsi La-Manşda 140 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb
Britaniyanın sahil mühafizəsi La-Manş boğazında 140 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb. Əks-səda bu barədə “Sky News” telekanalına istinadən xəbər verir. Məlumata görə, əməliyyatda xilasetmə qayıqları, bir helikopter və Britaniya sahil mühafizəsinin təyyarəsi iştirak edib. Saxlanılan gəmi Fransanın şimal-qərbindəki Normandiya bölgəsində yerləşən Jobur kommunasından İngiltərənin Hempşir qraflığının sahillərinə doğru hərəkət edirdi. Miqrantlar Krallığın Milli Xilasedici Cəmiyyətinin xilasetmə […]











