Year: 2026

İdman
Dünya Gündəm Idman

İngiltərə Premyer Liqasında transfer rekordu təkrarlanıb

Argentinalı futbolçu Entso Fernandesin “Çelsi”dən “Mançester Siti”yə keçməsi ilə İngiltərə Premyer Liqasında transfer rekordu təkrarlanıb. Əks-səda xəbər verir ki, “şəhərlilər” yarımmüdafiəçi üçün London klubuna 145 milyon avro ödəyib. Bu isə “Liverpul”un Aleksader İsak üçün “Nyukasl”a verdiyi məbləğlə bərabərdir. Xatırladaq ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Entso Fernandes 2023-cü ildən “Çelsi”də çıxış edir.

Hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Dünya
Dünya Gündəm

ABŞ-nin “USS Abraham Lincoln” gəmisi səkkiz aydan sonra ilk dəfə limana daxil olub

ABŞ-nin “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisi Tailanda çatıb və səkkiz aydan çox müddətdə ilk liman dayanacağını həyata keçirib. Əks-səda CNN-ə istinadən xəbər verir ki, gəmi Pattaya kurort şəhəri yaxınlığındakı Laem-Çabanq limanına daxil olub. Gəmi ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatlarında iştirak da daxil olmaqla, ardıcıl 200 gündən çoxdur ki, dənizdədir. Tailandda heyət ABŞ-yə qayıtmazdan əvvəl istirahət […]

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var

Mərmərə dənizində Silivri şəhəri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən […]

Hadisə
Hadisə Manşet Ölkə

Goranboyda sursat anbarında yanğın baş verib, xəsarət alan olmayıb

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz […]

Hadisə
Dünya Gündəm Hadisə

“Axios”: ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib

Çərşənbə axşamı ABŞ İranın iki tankerinə hücum edərək, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) 100-dən çox obyektinə zərbə endirib. Əks-səda “Axios”a istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələr məlumat verib. Onların sözlərinə görə, əməliyyat ABŞ administrasiyasının yeni “tankerə tanker” taktikasının başlanğıcı olub. Ağ Ev İranın Hörmüz boğazında gəmilərə qarşı hərəkətlərinin […]

Hadisə
Dünya Gündəm Hadisə

Rumıniyada onlarla turist qidadan zəhərlənib

Rumıniyanın Qara dəniz sahilindəki kurortundakı “Saturn” otelində azı altı nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib, daha 36 nəfər isə tibbi yardım alır. Əks-səda xəbər verir ki, bu barədə “Dobrudja” Regional Fövqəladə Hallar Müfəttişliyi məlumat verib. Onlarla qonaq şiddətli ağrı səbəbindən tibbi yardıma müraciət edib. Hakimiyyət orqanları qırmızı müdaxilə planı verib və otelə təcili yardım maşınları və xilasedicilər […]

Siyasət
Dünya Gündəm Siyasət

Peru İranla diplomatik əlaqələri kəsib

Peru hökuməti İranla diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, – bəyanatda deyilir. Xarici İşlər Nazirliyi qərarın xüsusən Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə əlaqəli olduğunu açıqlayıb. Nazirlik […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şamaxıda zəlzələ olub

Yerli vaxtla saat 03:39-da Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

Texnologiya
Dünya Gündəm Texnologiya

Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar

Avropa Kosmik Agentliyi (ESA) və ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) astronavtları Sofi Adeno və Cessika Meir Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmosa çıxıblar. Əks-səda xəbər verir ki, tədbir NASA-nın veb saytında canlı yayımlanıb. Altı saat qırx doqquz dəqiqə davam edən missiya zamanı Adeno və Meir kosmik gəminin yerləşdirilməsi üçün istifadə olunan naviqasiya sistemini dəyişdirib […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.