Year: 2026

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Əks-səda xəbər verir ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

İdman
Dünya Gündəm Idman

“Trabzonspor” rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefasını qəbul etməyib

Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefasını qəbul etməyib. Əks-səda xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssis Macarıstanda “Ferentsvaroş”a 4 cavabsız qolla uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra vəzifəsindən ayrıldığını açıqlamışdı. Klubun İdarə Heyəti isə onun bu qərarını qəbul etməyib. F.Tekkenin Superliqanın növbəti turunda, “Amedspor”la […]

Hadisə
Gündəm Hadisə Ölkə

Ramanada kamera quraşdıran 36 yaşlı kişi ölüb

Sabunçu rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub. Əks-səda xəbər verir ki, hadisə 1990-cı il təvəllüdlü Əliabbas Niftalıyevin Ramana qəsəbəsinin ərazisində kamera quraşdıran zaman baş verib. O, xəstəxanaya aparılıb və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Digər Gündəm Hadisə

Norveç kralı V Harald vəfat edib

Norveç kralı V Harald 89 yaşında vəfat edib. Əks-səda xəbər verir ki, bu barədə Norveç kral sarayının məlumatında bildirilib. “Dərin hüznlə Əlahəzrət Kral Haraldın vəfat etdiyini bildiririk. Kral Harald avqustun 28-də saat 06:35-də Oslonun “Rikshospitalet” universitet xəstəxanasında vəfat edib”, – məlumatda bildirilib. Qeyd edək ki, V Harald 1937-ci il fevralın 21-də anadan olub. O, 1991-ci ildə atası […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Azərbaycanda avqustun 29-da havanın 36 dərəcə isti olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]

Dünya
Dünya Gündəm Siyasət

Hindistan ABŞ-dən “Javelin” tank əleyhinə raket kompleksləri almağı planlaşdırır

Hindistan ABŞ-dən “Javelin” tank əleyhinə raket kompleksləri almağı planlaşdırır. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Hindistandakı səfiri Serjio Qor bildirib. Agentlik planlaşdırılan sövdələşmə barədə təfərrüatları təqdim etməyib. Eyni zamanda, Vaşinqton tərəfindən təklifə verilən reaksiya məlum deyil. Qeyd edək ki, FGM-148 Javelin (“Javelin”) ABŞ-nin tank əleyhinə raket kompleksidir. FGM-148 kompleksinin raketləri bütün növ zirehli […]

Hadisə
Dünya Gündəm Hadisə

Cənubi Koreyada zavodda partlayış olub, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Cənubi Koreyanın Çhonan şəhərində boya-lak məmulatları üçün komponentlər istehsal edən müəssisədə partlayış və yanğın baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Yonhap” agentliyi rəsmi orqanların bəyanatına istinadən məlumat yayıb. Ehtimal olunur ki, ölənlərdən ikisi xarici vətəndaş olub.

Qazaxıstan
Dünya Gündəm Siyasət

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verən hökuməti istefaya göndərib. Əks-səda Akordaya istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı avqustun 28-də imzalayıb. Fərmana əsasən, yeni tərkib təsdiqlənənədək hökumət vəzifələrinin icrasını davam etdirəcək. Qeyd edək ki, Qurultayın birinci iclası bu gün keçiriləcək.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

DİN: Vətəndaşlar “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə […]

Texnologiya
Cəmiyyət Gündəm Ölkə Texnologiya

Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi) istifadəyə verilib. Əks-səda xəbər verir ki, bu sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır. Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.