Ölkənin bəzi rayonlarına leysan yağıb, güclü külək əsir
Avqustun 28-i saat 9:00 olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Əks-səda xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntı ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37%-i), Qusarda 5, Kəlbəcər, Laçın, […]











