Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb, 2 426 nəfər isə itkin düşmüş hesab olunur. Əks-səda xəbər verir ki, bu məlumatları Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi açıqlayıb. Daha əvvəl 616 nəfərin öldüyü bildirilmişdi. Nepalın maliyyə naziri Svarnim Vaqle isə “Reuters”ə bildirib ki, daşqından sonra bərpa işləri üçün ölkəyə 4-5 milyard dollara qədər vəsait lazım olacaq. […]

Dünya Gündəm Hadisə

ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini ələ keçirib və batırıblar

ABŞ hərbi qulluqçuları Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Choneros” narkokartelinin maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıblar. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb. Komandanlığın məlumatına görə, ABŞ dəniz piyadaları və dənizçiləri “San Antonio” desant gəmisindən həmin gəmiyə daxil olub, ona baxış keçirib və göyərtədəki insanları […]

Hadisə
Dünya Gündəm Hadisə

Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb

Böyük Britaniyanın Qərbi Sasseks qraflığında keçirilən “Big Church Festival” xristian musiqi festivalında böyük lövhənin düşməsi nəticəsində ən azı bir nəfər ölüb, daha altı nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Qəzetin məlumatına görə, yerli vaxtla saat 15:38 radələrində polis əməkdaşları lövhənin festival ziyarətçilərinin üzərinə düşməsi barədə məlumat aldıqdan sonra Vaşinqton-rouda […]

Türkiyə
Dünya Gündəm

“Süleymançılar” dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib

“Süleymançılar” dini təriqətinin lideri Əlixan Kurişlə birgə saxlanılan 37 nəfərdən 35-i həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğuna istinadən “Haber Global” məlumat yayıb. “25.08.2026-cı il tarixində həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 37 şübhəlidən 35-i barəsində həbs, 2 şübhəli barəsində məhkəmə nəzarəti qərarı verilib”, – məlumatda bildirilib. Xatırladaq ki, avqustun 13-də Ankara […]

Kriminal
Dünya Gündəm KriminaI

Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar. Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər

Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. Əks-səda Komitəyə istinadən xəbər verir ki, idarənin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük […]

Hadisə
Dünya Gündəm Hadisə

Rostov yaxınlığında “Ozon”un iki logistika mərkəzi PUA zərbələri səbəbindən işini dayandırıb

Rostov vilayətində “Ozon”un iki logistika mərkəzi pilotsuz uçuş aparatları ilə (PUA) zərbələrdən sonra işini müvəqqəti dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə şirkət teleqram kanalında məlumat yayıb. “Ozon”un məlumatına görə, ötən gecə logistika obyektlərindən biri zərbələrə məruz qalıb. İşçilər əvvəlcədən təxliyə edilib, yaralanan yoxdur. Obyektdə kiçik yanğın baş verib və operativ şəkildə söndürülüb. Ərazinin təcili xidmətlər […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, təbrikdə deyilir: “Əziz Qardaşım, Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Müstəqilliyini qazandıqdan […]

Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıya və rayonlara yağış yağacaq

Azərbaycanda avqustun 30-da havanın yağıntılı keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın […]

Cəmiyyət Gündəm Ölkə

Yol polisi sürücüləri həftəsonu yollarda diqqətli olmağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Əks-səda xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Bildirilib ki, idarə hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.