Year: 2026

Dünya Gündəm Hadisə

Rusiya Xersona dronla zərbə endirib: ölənlər və yaralananlar var

Rusiya Xersonun (Ukrayna) Korabelnı rayonunda mikroavtobusa dronla zərbə endirib, nəticədə dörd nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat verib. “Bu zərbə nəticəsində dörd nəfər həlak olub, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. Daha dörd qadın yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənləri müayinə […]

Gündəm Idman Ölkə

Qurban Qurbanov: “Qarabağ” çox vacib səfərə çıxacaq”

“Qarabağ” çox vacib səfərə çıxacaq. Əks-səda xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib. Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: “Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün […]

Dünya Gündəm Hadisə

İspaniyada silsilə zəlzələlər baş verib

İspaniyanın cənubundakı Qranadada avqustun 19-na keçən gecə azı 10 zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Seysmik aktivlik nəticəsində binalara ziyan dəyib, onlarla sakin isə təxliyə edilib. Ən güclü zəlzələ, episentri Qranadadan təxminən 7 km cənubda yerləşən Oxixaresdə olan 3,4 maqnitudalı yeraltı təkan olub. Bundan sonra maqnitudası […]

Cəmiyyət Gündəm Ölkə

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Həftəsonunadək Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir. […]

Elm Gündəm Ölkə

Kolleclərə qeydiyyat prosesi başlayıb

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyat prosesi başlayıb. Əks-səda xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 – 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək: “Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil […]

Dünya Gündəm Idman

Avstraliyalı tennisçi Nik Kiryos dopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb

Avstraliyalı tennisçi Nik Kiryos dopinq-testinin müsbət nəticə verməsinə görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Əks-səda “The Telegraph”a istinadən xəbər verir ki, 31 yaşlı idmançının 2026-cı ilin iyununda Malyorkadakı turnirdə götürülmüş analizində kokain metaboliti aşkar olunub. İyulun 17-də təsdiqlənən analizin nəticəsindən sonra Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) avqustun 4-dən etibarən tennisçiyə müvəqqəti qadağa tətbiq edib və idmançı bu […]

Dünya Gündəm Hadisə

Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 nəfər ölüb

Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində azı 22 nəfər ölüb, 5 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə yolun operatoru olan şirkət məlumat yayıb. “İlkin məlumatlara görə, yük maşını əks hərəkət zolağına çıxaraq avtobusla toqquşub. Hadisənin təfərrüatları hadisə yerində aparılan araşdırma zamanı müəyyənləşdirilir”, – məlumatda bildirilir. Qeyd olunur ki, ölənlərin əksəriyyəti İmbituva şəhər meriyasının Səhiyyə […]

Dünya Gündəm İQTİSADİYYAT

BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırıb

BƏƏ Yaxın Şərqdəki regional eskalasiya fonunda İranla bütün ticarəti dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra Əl Hamelinin bəyanatında bildirilib. O, iki ölkə arasındakı iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı iddiaları rədd edib. Əl Hameli vurğulayıb ki, regional və beynəlxalq sülhü və təhlükəsizliyi sarsıdan regional eskalasiya ilə əlaqədar […]

Dünya Gündəm Hadisə

Keniyada turistlərin olduğu helikopter qəzaya uğrayıb

Keniyada göyərtəsində 7 əcnəbi turistin olduğu helikopter qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, hadisə Samburu dairəsində, Ololokve dağı yaxınlığında baş verib. Turistlərin vətəndaşlığı, göyərtədə olan insanların dəqiq sayı və ölənlərin olub-olmaması hələ ki dəqiqləşdirilməyib. Yerli sakinlər və xilasedici komandalar hadisə yerinə yollanıblar. Ərazidə yanğın baş verdiyi bildirilir.

Dünya Gündəm Hadisə

Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsir mübadiləsi aparıb. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Rusiya 103 rusiyalı hərbi qulluqçunu geri qaytarıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsirini təhvil verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.