Year: 2026

Cəmiyyət Gündəm Manşet Ölkə

Sabah bəzi rayonlarda leysan olacaq

Azərbaycanın rayonlarında avqustun 20-də yağışlı hava gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% […]

Gündəm Hadisə Ölkə

Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman qəfil halı pisləşib. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.

Gündəm KriminaI Ölkə

Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub

Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir. Əks-səda xəbər verir ki, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı – 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma […]

Dünya Gündəm Hadisə

Ufaya dron zərbələri nəticəsində neft emalı zavodunda yanğın baş verib

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə saatlarında Rusiyanın Ufa şəhərinə hücumundan sonra neft emalı zavodunda yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkə hesabında bildirib. “Neft emalı zavodlarının birində kiçik yanğın baş verib. Hazırda dəymiş ziyan qiymətləndirilir, zərbə təmirdə olan qurğuya dəyib. Düşünürəm ki, bir-iki gün ərzində bütün […]

Gündəm Hadisə Ölkə

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 36 yaşlı İlkin Əbdürəhmanov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı […]

Gündəm Hadisə Ölkə

Ağdamda kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapılıb

Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib. Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib. Aşkar edilən hərbi sursat zərərsizləşdirilərək […]

Dünya Gündəm Hadisə

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beşə çatıb

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb. Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin qaya altında qaldığı bildirilib. Hadisə bazar ertəsi günü Heçi şəhər dairəsində yerləşən Nandan kəndində tikinti işləri aparılarkən baş verib. Hazırda fəlakətin nəticələrinin aradan […]

Dünya Gündəm Hadisə

Ukrayna Rusiyanın Dzerjinsk şəhərinə kütləvi dron hücumu həyata keçirib

Ukrayna pilotsuz uçuş aparatları avqustun 19-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətindəki Dzerjinsk şəhərinə kütləvi hücum edib. Əks-səda xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Məlumata görə, tüstülənmə mənbəyinin Sverdlov adına partlayıcı maddələr zavodunun ərazisində olması ehtimalı yüksəkdir. Hücumun nəticələri və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Sverdlov adına zavod Dzerjinskdə ən böyük müəssisələrdən biridir və […]

Gündəm Hadisə Ölkə

Qusarda avtomobil 4 yaşlı uşağı vuraraq öldürüb

Qusarda avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Bədirqala kəndi ərazisində qeydə alınıb. Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Gündəm Idman Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” Buxarestdə “Hapoel”lə qarşılaşacaq

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq. Əks-səda xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) üz-üzə gələcək. Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək. Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.