Year: 2026

Dünya Gündəm Hadisə

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyalarının rəhbərləri Oleq Qriqorov, Aleksandr Qanja, İvan Fyodorov, həmçinin Xarkov Vilayət Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov məlumat verib. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Sumı vilayətində Rusiya qoşunları səhər saatlarında Burin icmasındakı […]

Dünya Gündəm Hadisə

Qahirədə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb

Qahirədəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi “X” sosial şəbəkəsində məlumat paylaşıb. Bildirilib ki, hadisə hədiyyə mağazasında baş verib. Partlayışdan sonra yanğın baş verib, qonşuluqdakı bəzi mağazaların fasadları zədələnib. Qurumdan əlavə edilib ki, yanğın söndürülüb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. […]

Dünya Gündəm Qanun

İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib

İsveç Parlamenti (Riksdaq) bəzi ağır cinayətlərə görə minimum cinayət məsuliyyəti yaşının 14-ə endirilməsinə səs verib. Əks-səda xəbər verir ki, Parlamentin rəsmi saytı məlumat yayıb. Parlamentarilər hüquq və miqrasiya siyasəti sahəsində bir sıra qanun layihələrini təsdiqləyiblər. Cinayət məsuliyyəti yaşının endirilməsi haqqında qanun layihəsini 281 deputat dəstəkləyib, 66-sı isə əleyhinə çıxıb. Hökumət əvvəlcə qeyd olunan yaşın 13 yaş […]

Dünya Gündəm Hadisə

ABŞ-də 16 ildən sonra ilk dəfə bir gündə üç nəfər edam edilib

Avqustun 13-də ABŞ-nin üç ştatının – Tennessi, Alabama və Oklahomanın hakimiyyət orqanları üç məhkum barəsində ölüm hökmlərini icra edib. Əks-səda xəbər verir ki, ABŞ-də sonuncu dəfə bir gün ərzində üç edam 16 il əvvəl həyata keçirilib. Alabamada 2021-ci ildə beş yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Ceremi Uilyams edam edilib. Oklahomada 2003-cü ildə sevgilisi Olimpiya Fişeri […]

Gündəm Idman Ölkə

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlanıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlanıb. Əks-səda xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb. Qarşılaşma avqustun 20-də “Qrols Veste” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Xatırladaq ki, cavab oyunu avqustun 27-də Bakıda baş tutacaq.

Dünya Gündəm Hadisə

Tver yaxınlığında PUA hücumları nəticəsində “Wildberries”in anbarı zədələnib

PUA qalıqları Tver yaxınlığında “Wildberries”in anbar binasının divarını zədələyib. Əks-səda xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Vitali Korolyov məlumat verib. “Gecə düşmən PUA-larının hücumunun dəf edilməsi nəticəsində pilotsuz uçuş aparatının qalıqları Kalinin dairəsindəki Wildberries anbar binasının divarını zədələyib. Müəssisənin əməkdaşları zərər çəkməyib”, – o qeyd edib. Ərazidə tüstülənmə baş verib və artıq aradan qaldırılıb.

Dünya Gündəm Idman

“Yuventus” Kolumbiya millisinin futbolçusu Con Lukumini transfer edir

İtaliyanın “Yuventus” klubu Kolumbiya millisinin futbolçusu Con Lukumini transfer edir. Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Turin təmsilçisi 28 yaşlı müdafiəçinin keçidi üçün “Bolonya” ilə anlaşıb. “Yuventus” cənubi amerikalı oyunçuya görə 20 milyon avro ödəyəcək. Futbolçu həftəsonu tibbi müayinədən keçəcək. Xatırladaq ki, Con Lukumi 2022-ci ildən “Bolonya”da çıxış edir.

Dünya Gündəm Sosial

Moskvada işsizlik səviyyəsi 70 % artıb

Moskvada aprel-iyun aylarında işsizlərin sayı il ərzində 70 % artaraq 98 min nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu, Rusiya Federal Dövlət Statistika Xidmətinin (“Rosstat”) məlumatları əsasında “İzvestiya”nın hesablamalarından məlum olur. Məlumata görə, 2026-cı ilin iyununda Rusiyada orta işsizlik səviyyəsi 2,2 % təşkil edib, lakin bir sıra iri regionlarda rəsmi işlə təmin olunmayanların sayı nəzərəçarpacaq dərəcədə artıb. […]

Idman Manşet Ölkə

UEFA Konfrans Liqası: “Qarabağ” Kiyev “Dinamo”sunu məğlub edərək pley-offa yüksəlib – YENİLƏNİB

“Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib. Əks-səda xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. 12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib. Beləliklə, Polşadakı ilk matçda […]

Dünya Gündəm Maraqlı

İtaliyada vulkan püskürməsi səbəbilə 6 gün ərzində 700-dən çox uçuş ləğv edilib 

İtaliyanın Siciliya adasının Kataniya şəhərində yerləşən hava limanı Etna vulkanının püskürməsi nəticəsində yaranan kül buluduna görə uçuşları yenidən dayandırıb. Ümumilikdə son altı gün ərzində 700-ə yaxın reys ləğv edilib. Əks-səda xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Avqustun 13-ü səhər saatlarında Kataniya aeroportunun rəhbərliyi bəyan edib ki, vulkanik aktivlik səbəbindən hava limanı avqustun 14-ü […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.