Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb
Ukrayna Müdafiə Qüvvələri avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki “NOVATEK-Ust-Luqa” kompleksinə zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqramda məlumat yayıb. “Yanğın qeydə alınıb. İlkin məlumata görə, iki emal qurğusu vurulub”, – məlumatda bildirilib. Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir. “NOVATEK-Ust-Luqa” sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün […]











