Year: 2026

Digər Gündəm Ölkə

Bakıda və bəzi bölgələrdə külək güclənəcək

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, […]

Dünya Gündəm Maraqlı

ABŞ-də sakin bir milyard dollarlıq cekpot qazandı

ABŞ-nin İllinoys ştatının sakini məbləği bir milyard dolları ötən “Powerball” lotereyasının cekpotunu qazanıb. Əks-səda xəbər verir ki, bu barədə tirajın təşkilatçılarının rəsmi saytında məlumat verilib. Açıqlamaya əsasən, bu, oyun tarixində böyüklüyünə görə səkkizinci uduşdur. İllinoysda satılan bilet çərşənbə axşamı çıxan altı rəqəmin hamısı ilə üst-üstə düşüb və iştirakçıya 1.04 milyard dollar məbləğində mükafat qazandırıb. Sözügedən cekpot cari […]

Dünya Gündəm Maqazin

Məşhur müğənni Robbi Uilyamsda xəstəlik aşkarlandı

Britaniyalı məşhur müğənni Robbi Uilyams gözlənilməz açıqlama verib. 52 yaşlı sənətçi ona autizm diaqnozunun qoyulduğunu bildirib. Əks-səda xəbər verir ki, bu barədə NME nəşri məlumat verib. Onun sözlərinə görə, bu diaqnoz ona indi bir növ rahatlıq gətirib və öz davranışını daha yaxşı başa düşməyə imkan verib. “İndi bu, mənim həbsdən yan keçmək üçün şansımdır”, – deyə Robbi […]

Dünya Gündəm Idman

“Qalatasaray” Aleksey Batrakov üçün rəsmi təklif göndərib

Türkiyənin “Qalatasaray” klubu Rusiyanın “Lokomotiv” (Moskva) komandasında çıxış edən Aleksey Batrakov üçün rəsmi təklif göndərib. Əks-səda xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb. Onun sözlərinə görə, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə görə 25+3 milyon avro təklif edib. Xatırladaq ki, “Lokomotiv”in yetirməsi olan Aleksey Batrakov 2024-cü ildən əsas komandadadır.

Dünya Gündəm Hadisə

Almaniyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Noydorf və Berenştayn (Almaniya) arasındakı meşədə helikopter qəzaya uğrayıb, nəticədə pilot ölüb. Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb. Bildirilib ki, qəzadan sonra yanğın başlayıb və helikopter tamamilə yanıb. Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə heyəti cəlb edilib, çünki hadisə Erzgebirge silsiləsinin (Filiz dağları – red.) tərkibinə daxil olan 887 metr hündürlüyündəki […]

Cəmiyyət Gündəm Ölkə

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

“Azərbaycan Dəmir Yolları” QSC Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətini bərpa etməyə hazırlaşır. Əks-səda xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən […]

Dünya Gündəm Hadisə

ABŞ-nin “MQ-9” dronu vurulub

İran Silahlı Qüvvələri ABŞ-nin “MQ-9” pilotsuz uçuş aparatını Hörmüzqan əyaləti üzərində vurub. Əks-səda xəbər verir ki, bu barədə İranın dövlət televiziyası (IRIB) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına istinadən bildirib. “MQ-9″ pilotsuz uçuş aparatı SEPAH-ın yeni təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi vasitəsilə Hörmüzqan əyaləti üzərində vurulub”, – məlumatda qeyd olunub.

Cəmiyyət Gündəm Ölkə

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri […]

Dünya Gündəm Hadisə

Qırğızıstanın enerji sistemi təcrid olunmuş rejimə keçib

Qırğızıstanın enerji sistemi Qazaxıstanın enerji sisteminin şimal və cənub hissələrini birləşdirən yüksəkgərginlikli xətdə baş verən xarici kəsintidən sonra müvəqqəti olaraq təcrid olunmuş rejimdə işləməyə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb. Hazırda vəziyyət energetika mütəxəssislərinin nəzarəti altındadır. Onlar iş rejiminin sabitləşdirilməsi və elektrik təchizatının normal sxeminin bərpası üçün lazımi tədbirlər görürlər. […]

Dünya Gündəm Hadisə

Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub

Almatıda elektrik enerjisinin verilişində yaranmış fasilələr və işıqforların kütləvi şəkildə sönməsi nəticəsində 8 ballıq tıxaclar yaranıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir. Almatıda bir çox yolayrıcında işıqforların işləməməsi nəticəsində hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Abay, Əl-Fərabi, Rayımbek və Nazarbayev prospektlərində, eləcə də Satbayev, Jandosov və Tole bi küçələrində tıxaclar yaranıb. Kanye Uestin […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.