Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək. Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 […]

Cəmiyyət Gündəm Ölkə

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 14-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Əks-səda xəbərinə əsasən, bu barədə ADY-dən məlumat verilib. Məlumata əsasən, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Qeyd edilib ki, sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi […]

Dünya Gündəm Texnologiya

ABŞ “Qızıl qübbə”nin sınaqlarını uğurla başa çatdırdı

ABŞ-nin “Qızıl qübbə” raketdən müdafiə sisteminin (RMS) hazırlanmasında iştirak edən bir neçə podratçı şirkət ilk sınaqları yekunlaşdırıb. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleynə istinadən məlumat yayıb. Generalın sözlərinə görə, “SpaceX” və “Northrop Grumman” da daxil olmaqla, bir neçə şirkət “Qızıl qübbə” sistemi üzrə özlərinin ilk əsas testlərini uğurla […]

Dünya Gündəm Maraqlı

“Toyota” ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır

Yaponiyanın “Toyota” avtokonserni ABŞ-də 508 000-dən çox avtomobili geri çağırır. Buna səbəb cihaz panelinin mühüm təhlükəsizlik məlumatlarını göstərməməsidir ki, bu da qəza və xəsarət alma riskini artırır. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat verib. “Mühərrikin işə salınması zamanı cihaz paneli displeyində yaranan nasazlıq təcili siqnalizasiyanın, […]

Dünya Gündəm Maqazin

Məşhur müğənni Beyonseni məhkəməyə verdilər

ABŞ-li məşhur müğənni Beyonseyə (əsl adı Beyonse Jizel Noulz-Karter) qarşı məhkəmə iddiası qaldırılıb. Əks-səda xəbər verir ki, bu barədə TMZ nəşri məlumat verib. İddiaçılar “Hirose Enterprise” şirkəti və prodüser Syudzi Hirose, eləcə də bir sıra musiqi şirkətləri olub. Beyonse müəllif hüquqlarının pozulmasında ittiham olunur. “Moonraker” mahnısının hüquqlarına sahib olan Hirose iddia edir ki, sənətçi “Alien Superstar” […]

Gündəm Hadisə Ölkə

Bakıda sərnişin avtobusunda yanğın baş verib

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Dünya Gündəm Hadisə

Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub

Avqustun 12-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ukrayna tərəfinin məlumatına əsasən, zərbələr nəticəsində Rusiyanın dörd hərbi gəmisi zədələnib. Bunların 11356 layihəli “Admiral Makarov” və “Admiral Essen” freqatları, 21631 layihəli “Buyan-M” kiçik raket gəmisi və […]

Dünya Gündəm Hadisə

Tümendən Bakıya uçan “UTair” təyyarəsi Ufada məcburi eniş edib

Rusiyada “UTair” aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib. Əks-səda xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə “Ufa” beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib. Eniş normal […]

Dünya Gündəm Hadisə

Belçikada quraqlıq səbəbindən sudan qənaətsiz istifadəyə görə cərimə tətbiq olunub

Belçikanın Şime şəhərində qrunt sularının səviyyəsinin “son dərəcə aşağı” olması səbəbindən sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə RTL məlumat yayıb. Məhdudiyyətlərə əsasən, sakinlərə qazonları sulamaq, su çənlərini və hovuzları doldurmaq qadağan edilib. Hakimiyyət orqanları qərarı yayın əvvəlindən davam edən quraqlıq və bir neçə həftədir yağıntıların olmaması ilə əlaqələndirib. Məhdudiyyətlər avqustun 31-dək […]

Cəmiyyət Dünya Gündəm

Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün 2,36 milyon dollar ayırıb

Qazaxıstan Xəzər dənizinin monitorinqi və ixtisaslaşdırılmış laboratoriyaların təchizatı üçün avadanlıqların alınmasına təxminən 2,36 milyon dollar yönəldib. Əks-səda xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb. Bu vəsait Qazaxıstanın Xəzər dənizi üzrə Elmi-Tədqiqat İnstitutuna dövlət ehtiyatından ayrılıb. Avadanlıqlardan bilavasitə akvatoriyada tədqiqatların aparılması, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların fəaliyyəti üçün istifadə olunacaq. Tədqiqat proqramı 21 stansiyanı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.