Year: 2026

Gündəm Hadisə Ölkə

Bakı Dairəvi yolunda yük avtomobili yanıb, sürücü xəsarət alıb

Bakı Dairəvi yolunda lampa daşıyan yük avtomobili yanıb. Əks-səda xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm Texnologiya

İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır

İran raketlərinin uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa hazırlaşır. Əks-səda xəbər verir ki, bu barədə İranın ali rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi bildirib. Onun sözlərinə görə, belə bir raketin yaradılması İranın ABŞ-ın kontinental hissəsinə qədər zərbə endirməsinə imkan verə bilər. Musəvi Fard, həmçinin İsrailə qarşı “qisas” çağırışı edib və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsini istəyib. […]

Dünya Gündəm

Dunay çayında suyun səviyyəsinin azalması Rumıniyada nüvə reaktorunun dayandırılmasına səbəb ola bilər

Rumıniyada Dunay çayında suyun səviyyəsinin davamlı azalması səbəbindən avqustun 13-də ölkədə fəaliyyət göstərən sonuncu nüvə reaktorunun da dayandırılması mümkündür. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, çayda suyun səviyyəsinin rekord həddə aşağı düşməsi iyulun sonunda “Çernavoda” Atom Elektrik Stansiyasının iki reaktorundan birinin dayandırılmasına səbəb olub. Stansiyanın iki enerji bloku Rumıniyada elektrik […]

Gündəm Hadisə Ölkə

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2007-ci il təvəllüdlü E. Fərəcov, 2007-ci il təvəllüdlü B. Həsənov və 2007-ci il təvəllüdlü T. Məmmədov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyətlərinin orta ağır olduğu […]

Dünya Gündəm İQTİSADİYYAT

Avropada təbii qazın qiyməti 720 dollara yaxınlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 720 ABŞ dollarına yaxınlaşıb. Əks-səda xəbər verir ki, 12 avqust tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 719,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (700,9 dollar) ilə müqayisədə 2,7% çoxdur. Qeyd edək ki, […]

Dünya Gündəm Hadisə

Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hücumu olub

Rusiyanın Krasnodar vilayətində 12 avqust gecəsi kütləvi PUA hücumu baş verib. Əks-səda xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif regionları üzərində gecə ərzində 502 PUA-nın məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hava hücumu zamanı yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Hücumun əsas istiqamətlərindən biri Novorossiysk olub. Şəhərdə PUA […]

Dünya Gündəm

Ağ Evin modernləşdirilməsi üçün 900 milyon dollarlıq layihə hazırlanıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin ərazisində tikinti layihələrinə azı 900 milyon dollar xərcləməyi planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. Qeyd olunub ki, Konqresdən birbaşa vəsait almaq əvəzinə, administrasiya digər dövlət qurumlarından və özəl donorlardan maliyyə cəlb edərək onu adətən Ağ Evin cari xidməti üçün bir neçə milyon dollar saxlanılan […]

Dünya Gündəm Hadisə

Kolumbiya hökuməti zəlzələ qurbanlarının xatirəsinə üç gün matəm elan edib

Kolumbiya hökuməti güclü zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib. Əks-səda xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Abelardo de la Esprielya imzalayıb. “Qurbanların xatirəsinə üçgünlük milli matəm elan edilir”, – prezident administrasiyasının bəyanatında bildirilir. Bu müddət ərzində ölkənin bütün dövlət binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirlikliklərində milli bayraq yarıya qədər endiriləcək.

Dünya Gündəm Hadisə

Ukrayna Novorossiyskdə taxıl terminalına dron zərbələri endirib

Novorossiyskdəki (Rusiya) taxıl terminalı gecə saatlarında pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində fəaliyyətini dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Terminalın məxsus olduğu “Demetra Holding” şirkəti hücum nəticəsində terminalın zədələndiyini təsdiqləyib. “Terminalın fəaliyyəti dayandırılıb, dəyən ziyan qiymətləndirilir”, – məlumatda bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.