Year: 2026

Dünya Gündəm Hadisə

Kiyevə kütləvi dron hücumları başlayıb

Ukrayna paytaxtı Kiyevin mərkəzinə avqustun 12-si gündüz yerli vaxtla saat 13:30 radələrində reaktiv dronlar ilə kütləvi hücumlar başlayıb. Əks-səda xəbər verir ki, Rusiya ordusunun reaktiv dronları paytaxtın mərkəzi rayonlarını hədəf alıb. Hazırda Ukrayna Hava hücumundan müdafiə qüvvələri hücumların qarşısını almağa çalışır. Dronların Belarus ərazisindən buraxıldığı bildirilir.

Dünya Gündəm Siyasət

Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək

Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqustun ortalarında Tayvan adası yaxınlığında dənizdə təlimlər keçirəcək. Əks-səda xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər zamanı iki donanmanın freqatları rabitə vasitələrinin işlənməsi və dənizdə ehtiyatların doldurulması əməliyyatları da daxil olmaqla bir sıra manevrlər həyata keçirəcək. “Təlimlərin məqsədi iki ölkənin donanmalarının birgə əməliyyat imkanlarının […]

Dünya Gündəm Hadisə

Qırğızıstanda 5,5 maqnitudalı zəlzələ olub

Qırğızıstanda 5 və 5,5 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Qırğızıstan mediası Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutuna istinadən məlumat yayıb. Zəlzələnin episentri Bişkekdən 124 kilometr cənub-şərqdə və Narından 73 kilometr şimal-qərbdə yerləşib.

Cəmiyyət Gündəm Ölkə

Sabah ölkə ərazisində 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]

Dünya Gündəm Hadisə

Rusiya Kiyev vilayətinə dron zərbəsi endirib, anbarlar yanır

Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda Rusiya zərbə dronlarının səhər hücumundan sonra anbar binalarının ərazisində yanğın baş verib, 65 yaşlı kişi yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev vilayəti üzrə mətbuat katibi Viktoriya Ruban və Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildiriblər. Rubanın sözlərinə görə, xilasedicilər hücumdan sonra baş […]

Dünya Gündəm İQTİSADİYYAT

Panama kanalında tranzit qiymətləri Hörmüz boğazının bağlanması fonunda 16 dəfə artıb

Avqust ayında Panama kanalından tranzit üçün gündəlik hərraclar orta hesabla 1,1 milyon dollar təşkil edir ki, bu da keçən ilin göstəricisindən 16 dəfə çoxdur. Qiymət artımı iki əsas amillə bağlıdır – Hörmüz boğazının bağlanması və iqlim dəyişiklikləri. Əks-səda xəbər verir ki, bu barədə “The Financial Times” nəşri yazır. “Argus” analitik şirkətinin məlumatlarına görə, kanalın böyük şlüzlərindən […]

Dünya Gündəm İQTİSADİYYAT

Rusiya yanacaq çatışmazlığı fonunda Hindistandan benzin idxal etməyə başlayıb

Rusiya Ukrayna Silahlı Qüvvələrinin ölkənin neft emalı zavodlarına zərbələr endirməsi nəticəsində yaranan yanacaq çatışmazlığı fonunda Hindistandan avtomobil yanacağı idxal etməyə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, avqustun əvvəlində “Nayara Energy” şirkətinin Vadinar şəhərindəki neft emalı zavodundan Rusiyaya 42 min ton benzin partiyası göndərilib. “Bloomberg”in məlumatına görə, benzin partiyası iyunun ortalarında […]

Manşet Ölkə Rəsmi

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb

Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işləri davam etdiriləcək. Əks-səda xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla Naxçıvan MR-in sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra […]

Dünya Gündəm Hadisə

İndoneziya sahillərində bərədə yanğın baş verib, 112 nəfər xilas edilib

İndoneziyanın Lombok adası (Qərbi Nusa-Tenqara əyaləti) sularında “Putri Yasmin” sərnişin bərəsində yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Ümumilikdə 112 sərnişin xilas edilib. Padanqbaydakı rəsmi nümayəndə bildirib ki, sərnişin siyahısına əsasən, bərənin göyərtəsində 114 nəfər və 17 heyət üzvü olub. Sərnişinlər və heyət üzvləri arasında itki barədə […]

Dünya Gündəm Hadisə

Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var

Rusiyanın Samara vilayətində yüngül mühərrikli nəqliyyat təyyarəsi qəzaya uğrayıb, bir nəfər xəsarət alıb. Əks-səda Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, hadisə avqustun 12-si səhər saatlarında Koşkinsk rayonunun Novaya Jizn yaşayış məntəqəsi yaxınlığında baş verib. Qəzada xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Başqa xəsarət alan və ya ölən olmayıb. Qəzanın səbəbi […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.