“Çelsi” 16 yaşlı Visente Qarsiyanın transferini rəsmiləşdirməyə yaxındır
İngiltərənin “Çelsi” klubu ABŞ təmsilçisi “Los-Anceles Qelaksi”nin 16 yaşlı yarımmüdafiəçisi Visente Qarsiyanın transferini yekunlaşdırmağa yaxındır. Əks-səda xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb. Qeyd olunur ki, London klubu bu keçid üçün 3 milyon avro xərcləyəcək. Tərəflər artıq transferin əsas şərtlərini razılaşdırıblar. Futbolçu 2028-ci ilin yayında, 18 yaşı tamam olanda “Çelsi”yə qoşulacaq. V.Qarsiya 2025-ci ilin yanvarında, […]











