Year: 2026

Gündəm KriminaI Ölkə

Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb

Lənkəran rayonunda meşədə iki nəfərin meyiti tapılıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib. Meyitləri “İbadi” deyilən meşəlik ərazidə tapılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın qohum olduqları, bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Dünya Gündəm Hadisə

ABŞ Oman körfəzində gəmiyə hücum edib

ABŞ hərbi helikopteri Oman körfəzində, Pakistan sahillərindən təxminən 71 dəniz mili aralığında Panama bayrağı altında üzən gəmiyə atəş açıb. Əks-səda xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti “The Wall Street Journal”a istinadən məlumat yayıb. Qeyd olunub ki, gəminin heyəti İran limanlarının hərbi-dəniz blokadasının təmin edilməsində iştirak edən ABŞ hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayıb. Hadisə […]

Gündəm KriminaI Ölkə

Şüvəlanda bir il əvvəl itkin düşmüş ahıl qadının qətlə yetirildiyi məlum olub, oğlu tutulub

Bakıda bir il əvvəl itkin düşmüş qadının öldürüldüyü müəyyən edilib. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın […]

Dünya Gündəm Siyasət

Pakistanın daxili işlər naziri İranda səfərdədir

Pakistanın daxili işlər naziri Möhsün Rza Nəqvi İslamabadın Tehran və Vaşinqton arasındakı vasitəçilik səyləri çərçivəsində Tehrana gəlib. Əks-səda xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb. Nəqvi may ayından bəri artıq bir neçə dəfə İrana səfər edib. Əvvəlki səfərləri zamanı o, İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi […]

Dünya Gündəm Hadisə Maraqlı

Meduzalar Fransanın ən iri AES-nin işini iflic edib

Fransanın şimalındakı “Qravelin” Atom Elektrik Stansiyasının (AES) filtrasiya sistemlərinə meduzaların kütləvi axını EDF şirkətini üç reaktorun fəaliyyətini dayandırmağa və dördüncüsündə elektrik enerjisi istehsalını azaltmağa məcbur edib. Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı şirkətin məlumatına istinadən bildirib. “Bu vəziyyətin obyektlərin və personalın təhlükəsizliyi ya da ətraf mühit üçün heç bir fəsadı yoxdur”, – şirkətdən qeyd […]

Dünya Gündəm Hadisə

Yəmən sahillərində yük gəmisi mərmi ilə vurulub

Qırmızı dənizin cənubunda Yəmənin Əl-Moxa sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Hadisə nəticəsində xəsarət alanlar var. Səlahiyyətli orqanlar insidentin başvermə şəraitini araşdırır.

Dünya Gündəm Maraqlı

Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub

Livan parlamenti ölüm hökmünün ləğv edilməsinə səs verib. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Yalnız “Hizbullah”ın parlament bloku qərarı dəstəkləməyib. Bildirilir ki, bununla da Livan edam cəzasını ləğv edərək, onu ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz edən ilk ərəb ölkəsi olub. Livanda 2004-cü ilin yanvarından edamların icrasına qeyri-rəsmi moratorium […]

Gündəm KriminaI Ölkə

Suraxanıda usta mənzildən 10 min manatlıq qızıl oğurlayıb

Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Əks-səda DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib. Araşdırmalar davam etdirilir.

Dünya Gündəm Hadisə

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb. Əks-səda “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib. Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib. Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat […]

Cəmiyyət Gündəm Manşet Ölkə

BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Əks-səda xəbər verir ki, müraciətdə sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunub. “Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.