Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb. Əks-səda xəbər verir ki, nəticələr daşınmaz əmlak bazarında vahid qiymət trendinin formalaşmadığını göstərir. Bazar üzrə əsas xüsusiyyət qiymət və likvidliyin aktivin təyinatı, lokasiyası, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq fərqlənməsidir. İyulda artım əsasən torpaq və yeni tikili mənzillərdə, korreksiya isə kommersiya obyektləri, […]

Gündəm Idman Manşet

UEFA Çempionlar Liqası: “Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Sabah” – “Orhus” oyununun bütün biletləri satılıb. Əks-səda xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub. Qeyd edək ki, “Sabah” – “Orhus” […]

Gündəm KriminaI Ölkə

İrandan Rusiyaya 25 kiloqramdan çox marixuana keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə […]

Dünya Gündəm Hadisə

Latviya Belarusla sərhədin altında tunel aşkar edib

Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. Əks-səda xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransında bildirib. “Latviyanın şərq sərhədinin mühafizəsi sərhəd xidməti, dövlət polisi, Milli Silahlı Qüvvələr və təhlükəsizlik xidmətləri arasında daha sıx əməkdaşlıq, eləcə […]

Dünya Gündəm Hadisə

Rusiya Sumı və Dnepropetrovska zərbə endirib: ölənlər və xəsarət alanlar var

Rusiya Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərinə zərbələr endirib, nəticədə 3 nəfər həlak olub, 30 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Məlumata görə, ötən sutka ərzində Rusiyanın Sumı vilayətinə hücumları nəticəsində 25 nəfər xəsarət alıb. Bundan başqa, Rusiya qoşunları pilotsuz uçuş […]

Gündəm KriminaI Ölkə

Dövlət sərhədində 35 kiloqram narkotik dövriyyədən çıxarılıb

Dövlət sərhədində 35 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən […]

Gündəm Hadisə Ölkə

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb. Əks-səda xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib. Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

Dünya Gündəm Hadisə

Filippində leysan və torpaq sürüşmələri nəticəsində 19 nəfər ölüb

Filippində “Luis” və “Meymey” tropik siklonları və cənub-qərb mussonunun səbəb olduğu güclü yağıntılar nəticəsində ölənlərin sayı 19-a çatıb. Əks-səda xəbər verir ki, bu barədə Filippin mediası ölkə hökumətinin məlumatlarına istinadən bildirib. Bundan əlavə, 15 nəfər yaralanıb, 4 nəfər isə itkin düşmüş hesab olunur. Ən çox ölüm halı – 12 nəfər Benqet əyalətində qeydə alınıb.

Cəmiyyət Gündəm Ölkə

Sabah Azərbaycanda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi […]

Cəmiyyət Gündəm Ölkə Texnologiya

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib. Əks-səda xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur. Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.