Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

Bakının Suraxanı rayonunun Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, 106, 141, 168 və 169 nömrəli marşrutlar Heydər Əliyev prospekti, 214A nömrəli marşrut isə 25-ci Bülbülə küçəsi […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bakının Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, məhdudiyyət səbəbindən 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib. Bildirilib ki, təmir işləri yekunlaşanadək […]

Dünya Gündəm Siyasət

Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya Sudandakı münaqişənin hər iki tərəfi ilə əlaqəli 15 hərbi komandir, silahlı qrupların lideri və təhlükəsizlik xidmətlərinin əməkdaşına qarşı sanksiyalar tətbiq edib. Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. Bildirilib ki, London onları cinsi zorakılıqda, işgəncələrdə və dinc sakinlərə hücumlarda ittiham edir. Siyahıya Çevik Reaksiya Qüvvələrinin (RSF) və Sudan […]

Dünya Gündəm Hadisə

İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının hərbi kəşfiyyat əməkdaşı və mühəndis bölməsinin komandiri Məhəmməd Xəlava öldürülüb. Qəzza zolağında digər zərbə zamanı HƏMAS-ın hərbi […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. Əks-səda xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb

Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar ediblər. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud […]

Dünya Gündəm Hadisə

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bu həftəsonu Barselonada (İspaniya) baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Xaume Kolboni “Cadena SER” radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, saxlanılanların 56 %-i yetkinlik yaşına çatmayanlardır: “Bu, sosial şəbəkələrdə, xüsusilə TikTok-da təşkil edilən olduqca şübhəli bir aksiyadır”. Kolboni iğtişaşlar nəticəsində şəhər əmlakına vurulan ilkin ziyanı 36 min avro […]

Gündəm Idman Ölkə

Azərbaycan boksçuları U-19 dünya çempionatını iki medalla başa vurublar

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Komandanın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqlənib. Onların hər ikisi bürünc medal qazanıblar.

Dünya Gündəm Hadisə

Fransada həftə sonu etirazlar zamanı 1,4 min nəfər həbs edilib

Fransada həftə sonu baş verən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları 1 435 nəfəri saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası ölkənin daxili işlər naziri Loran Nunyesin bəyanatına istinadən məlumat yayıb. 100-dən çox adam bıçaq, metal kürələr, pirotexnika və s. kimi əşyaları saxladığına görə tutulub. O, həmçinin bildirib ki, 267 polis və jandarm əməkdaşı yaralanıb, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.