Year: 2026

Dünya Gündəm Idman

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbağça”nı məğlub edib

Türkiyə Super Liqasının IX turunun matçında “Qalatasaray” öz meydanında “Fənərbağça” ilə qarşılaşıb. Əks-səda xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qalatasaray”ın qələbə qollarını Viktor Osimhen 29 və 44-cü dəqiqələrdə vurub. “Fənərbağça”nın yeganə qoluna İrfan Can Kahveci 62-ci dəqiqədə imza atıb. Bu nəticədən sonra xallarını 22-yə çatdıran “Qalatasaray” liderliyini qoruyub saxlayıb. Liqada […]

Dünya Gündəm Idman

Ronaldu Portuqaliya millisinin Millətlər Liqası oyunları üçün ilkin heyətinə çağırılıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisinin noyabrda Millətlər Liqasında keçirəcəyi oyunlar üçün ilkin heyətinə daxil edilib. Əks-səda xəbər verir ki, bu barədə “O Jogo” nəşri məlumat yayıb. 41 yaşlı futbolçunun komanda yoldaşları Joao Feliks və Samu Koşta da ilkin siyahıda yer alıblar. Lakin Portuqaliya Futbol Federasiyası hələlik rəsmi heyəti açıqlamayıb. Qeyd edək […]

Dünya Gündəm Idman

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya olunub

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının iki oyunundan kənarlaşdırılıb və 10 min avro cərimələnib. Əks-səda xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Qərar 2026/2027 mövsümünün VIII turunun oyunlarından sonra qəbul edilib. Cəzaya oktyabrın 24-də “Napoli” ilə “Roma” arasında keçirilən və 3:3 hesabı ilə başa çatan oyunda baş verən hadisələr səbəb olub. […]

Manşet Ölkə Rəsmi Siyasət

İlham Əliyev: Azərbaycan sabitlik adasıdır

Azərbaycan sabitlik adasıdır. Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. O bildirib ki, hər kəs öz ev tapşırığına diqqəti yönəltməlidir: “Digər ölkələrdə baş verənlər onların öz işidir. Biz öz ölkəmizdə hər hansı bir hörmətsizlik üstünlük hissindən azadıq. Bizə kimsə diqtə […]

Dünya Gündəm Hadisə

Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb

Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda turistləri daşıyan mikroavtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən II Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu. Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. “İllər ərzində danışıqlar hər hansı nəticəyə gətirib çıxarmadı […]

Dünya Gündəm Siyasət

Əlcəzair Prezidenti Nigerə hərbi kontingentin göndərilməsini təsdiqləyib

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Milli Xalq Ordusunun bölmələrini Nigerə göndərmək barədə qərar qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə Əlcəzair liderinin dəftərxanası məlumat yayıb. A. Tebbun bu addımı Əlcəzair ilə Nigerin energetika və iqtisadiyyat sahəsindəki ortaq maraqlarının müdafiəsini təmin etmək məqsədilə atıb. Əlcəzair parlamenti qərarı oktyabrın 25-də təsdiqləyib. Niger hakimiyyəti müvafiq sorğu ilə Əlcəzairə müraciət […]

Dünya Gündəm Siyasət

Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin daha 90 gün – 2027-ci il yanvarın 29-dək uzadılması haqqında fərmanlar imzalayıb. Əks-səda xəbər verir ki, sənədlər Ukrayna Prezidentinin saytında dərc olunub. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki rejimin artıq 21-ci dəfə uzadılmasıdır. Hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi vəzifəli kişilər yaşayış və ya […]

Cəmiyyət Gündəm Ölkə

Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq

Bakının Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq. Əks-səda xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Təbriz küçəsi 19, 19A, 19B və M.Məmmədov küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Cəmiyyət Gündəm Ölkə

Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Əks-səda xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov, Zərgərpalan küçələri, Azərbaycan prospekti […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.