Year: 2026

Gündəm KriminaI Ölkə

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir. Bildirilib ki, oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib. Baş Prokurorluğun […]

Dünya Gündəm Hadisə

İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb

İordaniya təhlükəsizlik qüvvələri ölkənin cənubunda doqquz nəfərin həlak olması ilə nəticələnən Müqəddəs Georgi kilsəsinə hücumda iştirakda şübhəli bilinən üç nəfəri saxlayıb. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, şübhəlilər oktyabrın 23-də Əl-Kərək əyalətində törədilmiş silahlı hücumla əlaqədar saxlanılıblar. İnsident kilsədə anım mərasimi zamanı baş verib. Silahlı şəxslər kilsəyə toplaşanlara atəş açıblar. İordaniyanın səhiyyə naziri İbrahim əl-Bəddurun məlumatına […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Əks-səda xəbər verir ki, dövlət başçısının təbrikində deyilir: “Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında […]

Dünya Gündəm Siyasət

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Əks-səda IRIB-yə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri paylaşıb. Baqeri həmin rəsmilərin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın olduğunu qeyd edib. Baqeri […]

Dünya Gündəm Siyasət Texnologiya

Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək

Yaponiya hökuməti on milyonlarla insanın fərdi məlumatlarının sızmasına səbəb olan haker hücumları fonunda kibertəhlükəsizlik məsələləri üzrə xüsusi iclas keçirəcək. Əks-səda xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara bildirib. “Yaponiya şirkətlərinə edilən son kiberhücumlar bir sıra genişmiqyaslı məlumat sızmalarına, eləcə də oğurlanmış informasiyadan qanunsuz istifadə nəticəsində əlavə zərərə səbəb olub. Bu, vətəndaşların təhlükəsizliyinə […]

Dünya Gündəm Siyasət

Cənubi Koreya və ABŞ “Freedom Flag” birgə hərbi təlimlərinə başlayıb

Cənubi Koreya və ABŞ-nin Hərbi Hava Qüvvələri Koreya yarımadasının cənubunda “Freedom Flag” birgə təlimlərinə başlayıb. Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, təlimlər oktyabrın 26-dan noyabrın 6-dək “Kunsan” aviabazasında keçirilir. Cənubi Koreya tərəfi “F-15K”, “KF-16” və “F-35A” qırıcılarını, “KC-330” yanacaqdoldurma təyyarəsini, həmçinin “E-737” uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsini cəlb edib. ABŞ tərəfindən manevrlərdə Hərbi Hava […]

Dünya Gündəm Hadisə

ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb

ABŞ-nin Oreqon ştatının Nyuport şəhərindəki “Pacific Seafood” dəniz məhsulları istehsalı zavodunda ammonyak çənində partlayış baş verib. Əks-səda KLCC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın damı qismən çöküb və zəhərli ammonyak sızması təhlükəsi yaranıb. Rəsmilər zavodun təxminən 1,6 km radiusunda olan sakinlərin və müəssisə əməkdaşlarının təxliyəsini elan ediblər. Yanğın bazar günü başlayıb. Yanğın barədə məlumat yerli […]

Dünya Gündəm Hadisə

Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub

Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub. Əks-səda “Premium Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər. Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar. Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər. Şahidlərin sözlərinə görə, […]

Dünya Gündəm Siyasət

Yunanıstan “Patriot” kompleksinin Səudiyyə Ərəbistanında yerləşdirilmə müddətini uzadacaq

Yunanıstan Yanbu şəhəri yaxınlığındakı strateji əhəmiyyətli neft emalı infrastrukturunu qorumaq üçün Səudiyyə Ərəbistanında öz “Patriot” zenit-raket kompleksi batareyasının yerləşdirilmə müddətini uzatmağa razılaşıb. Əks-səda xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin mətbuat xidməti məlumat yayıb. Baş nazir Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla Ər-Riyadda görüş keçirib. “Mitsotakis qeyd edib ki, Yunanıstana məxsus […]

Prezident İlham Əliyev
Gündəm Idman Manşet Rəsmi

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib

Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Əks-səda xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər. Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.