Year: 2026

Dünya Gündəm Hadisə

Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb

Almaniya hüquq-mühafizə orqanları ölkənin qərbindəki Hökster və Bottrop (Şimali Reyn-Vestfaliya) şəhərlərində iki İraq vətəndaşını terror şübhəsi ilə saxlayıb. Əks-səda xəbər verir ki, bu barədə DPA xəbər agentliyi Düsseldorf prokurorluğuna istinadən məlumat yayıb. Polis 29 və 46 yaşlı kişiləri xarici terror təşkilatına mənsub olmaqda ittiham edir. Müstəntiqlər şübhəlilərin azı 2015-ci ilin ortalarından 2016-cı ilin sonlarına qədər İŞİD […]

Dünya Gündəm Hadisə

Yəməndə husilərin hökumət qüvvələrinə hücumları nəticəsində 45 nəfər ölüb

Yəməndə husilərin hökumət qüvvələrinin hərbi düşərgələrinə hücumları nəticəsində 45 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb. Qeyd olunub ki, zərbələr Mərib və Hədramaut əyalətlərindəki çevik müdaxilə qüvvələrinin bazalarına raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunmaqla endirilib. Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin qüvvələri həmçinin Mərib şəhərinin hava məkanında olan husilərə məxsus […]

Dünya Gündəm Hadisə

Türkiyədə yük avtomobili nəqliyyat vasitələrinə çırpılıb, ölən və yaralananlar var

Türkiyənin Konya vilayətində yük avtomobili qırmızı işıqda dayanan nəqliyyat vasitələrinə çırpılıb. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. İlkin məlumata görə, Konya istiqamətində hərəkət edən yük avtomobilinin əyləci sıradan çıxıb. Nəticədə sürücü idarəetməni itirib və qarşı hərəkət zolağına keçərək işıqforda gözləyən iki minik, bir […]

Cəmiyyət Gündəm Ölkə

Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət məhdudlaşdırılacaq

Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq […]

Gündəm Hadisə Ölkə

Pirşağıda dənizdə 16 yaşlı gənc batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən iki km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub. Əks-səda xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş […]

Dünya Gündəm Hadisə

Almaniyada iki tramvay toqquşub, 20-dən çox sərnişin xəsarət alıb

Almaniyanın qərbində, Helzenkirxen şəhərinin Bekhauzen rayonunda iki tramvayın toqquşması nəticəsində təxminən 25 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb. Təlim tramvayı şəhərin cənub hissəsi istiqamətində hərəkət edərək “Villi-Brandt-Allee” dayanacağına bir neçə yüz metr qalmış dayanıb. İlkin məlumatlara görə, onun ardınca gedən sərnişin tramvayı vaxtında dayana bilməyib və digərinə çırpılıb. Toqquşma nəticəsində 25-ə […]

Manşet Ölkə Siyasət

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüş zamanı, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında […]

Dünya Gündəm Hadisə

Rusiyanın Ukraynada “Ukrpoçta” deposuna endirdiyi zərbə nəticəsində iki nəfər ölüb

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində “Ukrpoçta”nın çeşidləmə deposuna və səyyar şöbələrinin bazasına Rusiyanın “Banderol” dron-raketi ilə endirdiyi zərbə nəticəsində şirkətin iki qadın əməkdaşı həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Ukrpoçta” SC-nin baş direktoru İqor Smilyanski “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hücum nəticəsində şirkətin mexaniki də yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur. Smilyanski qeyd edib […]

Dünya Gündəm KriminaI

Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb

Türkiyənin Kocaeli vilayətində FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Gölcük rayonunda olduğu […]

Dünya Gündəm Siyasət

ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib

ABŞ Kubanın beş təşkilatına və səkkiz fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib, Vaşinqton onları Havananın hərbi əlaqələrinə kömək etməkdə və Kubanın güc strukturları üçün silah tədarükündə ittiham edir. Əks-səda xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində bildirib. “Bu gün mən rejim üçün silah alışı ilə əlaqəli beş Kuba təşkilatına və səkkiz […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.