Year: 2026

Gündəm Hadisə Ölkə

Bakıda obyekt yanır

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyekt yanır. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Dünya Gündəm Hadisə

Argentinada Konqresin qarşısında keçirilən etiraz aksiyasında beş nəfər xəsarət alıb

Argentinanın paytaxtı Buenos-Ayresdə nümayişçilərlə polis arasında toqquşmalar baş verən etiraz aksiyası zamanı azı beş nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, azı 10 etirazçı saxlanılıb. Minlərlə insan “Şəxsi mülkiyyətin toxunulmazlığı haqqında” qanun layihəsini müzakirə etmək üçün Konqresin qarşısında etiraz aksiyası keçirib. Etiraz aksiyası başladıqdan bir neçə saat sonra etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib. […]

Gündəm Hadisə Ölkə

Beyləqanda kanalda bir nəfər batıb

Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb. Əks-səda xəbər verir ki, 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Gündəm KriminaI Ölkə

Tərtərdə ər-arvadın öldüyü yanğının qəsdən törədildiyi məlum olub

Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda […]

Dünya Gündəm Hadisə

Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukraynanın 3 quru yük gəmisinə zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Hərbi təyinatlı yük daşıyan gəmilərə zərbə avqustun 6-sı axşam və avqustun 7-si səhər saatlarında endirilib. Zərbə zamanı pilotsuz uçuş aparatlarından istifadə olunub.

Cəmiyyət Gündəm Ölkə

Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb

Bu ilin iyulunda “Bakı Metropliteni” QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb. Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur. Qeyd edilib ki, “Koroğlu” stansiyası 1 milyon 630 min 48 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda isə metrodan 649 min 974 nəfər […]

Gündəm Idman Ölkə

Bakı “Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək

Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb. Məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar. Turnirin mükafat fondu 5 min ABŞ dolları təşkil […]

Gündəm Hadisə Ölkə

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında avqustun 6-da xeyli silah-sursat aşkar edilərək götürülüb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, 1 avtomat, 1 tapança, 2 qumbara, 3 partlayıcı, 8 tüfəng, 2 patron darağı, 1 mərmi və 333 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Gündəm KriminaI Ölkə

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. Əks-səda xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən “İPhone 16” mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İ.Əbilov müəyyən edilərək saxlanılıb. Onun ələ […]

Dünya Gündəm Hadisə

Dəməşqdə partlayış olub, ölən və yaralananlar var

Suriyada paytaxt Dəməşqin Cəramana bölgəsində partlayış olub, ölən və yaralananların olduğu bildirilir. Əks-səda xəbər verir ki, bu barədə “Al-Ikhbariya” telekanalı məlumat yayıb. Məlumata görə, druzların yaşadığı ərazidə mikroavtobusa yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Ölən və yaralananların dəqiq sayı haqda məlumat verilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.