Year: 2026

Gündəm Idman

“Real” Vinisiusla müqavilənin müddətini uzadıb

İspaniyanın “Real” klubu braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin müddətini uzadıb. Əks-səda xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında keçirilən danışıqlar uğurla başa çatıb. Onun yeni sözləşməsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, 26 yaşlı futbolçu 2018-ci ildən “Real”ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2026/2027 mövsümünün sonunadək qüvvədədir.

Dünya Gündəm Hadisə

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən məlumat yayılıb. Bildirilib ki, yeraltı təkanların episentri Kyusyu adasında yerləşən Kumamoto prefekturası ərazisində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanların maksimal intensivliyi 4 bal təşkil edib. Tsunami təhlükəsi elan olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və […]

Dünya Gündəm Hadisə

Rusiya Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbə endirib, 20 nəfər xəsarət alıb

Rusiya avqustun 6-na keçən gecə Ukraynanın Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə azı 20 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib. Zaporojyedə Rusiya pilotsuz uçuş aparatı (PUA) vasitəsilə yaşayış binasına zərbə endirib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, iki nəfər xəsarət alıb. Bildirilib ki, Rusiya […]

Dünya Gündəm Idman

Didye Deşam “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib

Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib. Əks-səda xəbər verir ki, 57 yaşlı mütəxəssis klubla danışıqlar aparsa da, tərəflər anlaşa bilməyiblər. Təyinatın baş tutmamasına əsas səbəb Səudiyyə Ərəbistanı futbolunda qərarların qəbul edilməsi prosesindəki xüsusiyyətlər və yekun sözün ölkənin Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olmasıdır. Qeyd edək ki, D.Deşam 14 […]

Gündəm Hadisə Ölkə

Tərtərdə ev yanıb, ər-arvad ölüb

Tərtərdə fərdi evin yanması nəticəsində 2 nəfər ölüb. Əks-səda xəbər verir ki, yanğın zamanı ev sahibləri – 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızı yanaraq həlak olublar. Faktla bağlı araşdırma başlanıb.

Cəmiyyət Gündəm İQTİSADİYYAT Ölkə

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır. Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Qeyd edilib ki, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. “Hazırda […]

Digər Gündəm Ölkə

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik […]

Dünya Gündəm Hadisə

Nijni Novqorod vilayətində PUA zərbəsi nəticəsində dörd nəfər yaralanıb

Ukraynanın Nijni Novqorod vilayətinə pilotsuz uçuş aparatı ilə (PUA) endirdiyi zərbə nəticəsində üç böyük və bir uşaq yaralanıb. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qubernator Qleb Nikitin bildirib. Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. “Gecə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri Nijni Novqorod vilayətində PUA zərbələrini dəf edib. […]

Dünya Gündəm Texnologiya

Astanada sərnişin PUA-sı sınaqdan keçirilib

Astanada göyərtəsində insan olan EH216-S sərnişin pilotsuz hava gəmisinin nümayiş uçuşu baş tutub. Əks-səda Qazaxıstanın Mülki Aviasiya Komitəsinə istinadən xəbər verir ki, sınaq “Gələcəyin Oyunları – 2026” beynəlxalq turniri çərçivəsində paytaxtın xüsusi icazə verilmiş ərazisi üzərində keçirilib. Şaquli qalxma və enmə qabiliyyətinə malik elektrik aparatı iki sərnişin üçün nəzərdə tutulub. O, saatda 130 kilometrə qədər sürət […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.