Year: 2026

Dünya Gündəm Hadisə

“Çelsi” öz meydanında “Tottenhem”ə uduzub

“Tottenhem” İngiltərə Premyer Liqasının (İPL) səkkizinci turu çərçivəsində London derbisində “Çelsi”ni məğlub edib. Əks-səda xəbər verir ki, “Stemford Bric”dəki görüş 2:0 hesabı ilə başa çatıb. 77-ci dəqiqədə “Çelsi”nin qapıçısı Mayk Penders öz qapısına qol vurub. Künc zərbəsindən sonra belçikalının topu yumruğu ilə uzaqlaşdırmağı uğursuz olub. 80-ci dəqiqədə “Çelsi”nin ingiltərəli yarımmüdafiəçisi Koul Palmer ikinci sarı vərəqəni aldıqdan […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda Zeytun Festivalının rəsmi açılışı olub

Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də rəsmi açılışı olub. Əks-səda xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar. Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir. Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin […]

Dünya Gündəm Hadisə

Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb

Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb. Əks-səda BFMTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes brifinqdə bildirib. “Bu gün biz yenidən son dərəcə yüksək səviyyədə zorakılıqla üzləşdik, saxlanılanların sayı artıq min nəfərə yaxınlaşır”, – nazir bildirib. Onun sözlərinə görə, bu, […]

Dünya Gündəm Hadisə

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. Əks-səda xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olublar və Tbilisidə bir məktəbə hücum etməyi planlaşdırıblar. Onlar talan təşkil etmək və silahdan istifadə edərək məktəbdə olan şəxslərin sağlamlığına zərər vurmaq niyyətində […]

Gündəm Idman Ölkə

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Changan” markalı avtomobil 54 yaşlı Elman Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Dünya Gündəm Hadisə KriminaI

Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib

Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub. İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram […]

Dünya Gündəm Hadisə

Dronlar Omskdakı “Ozon” logistika mərkəzinə hücum edib

Omskda logistika mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb. Əks-səda Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vitali Xotsenko “Maks” messencerində bildirib. Onun sözlərinə görə, personal operativ şəkildə təxliyə edilib. Bunun fonunda “Ozon” marketpleysi xəsarət alanların olmadığını, lakin obyektdə yanğın başladığını açıqlayıb. Zərbənin endirildiyi yerdə fövqəladə xidmətlər işləyir. Şirkətdən əlavə ediblər ki, […]

Dünya Gündəm Hadisə

İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyatçıları xarici qüvvələrə casusluq edən iki nəfəri həbs edib. Əks-səda xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb. Qeyd olunub ki, İran kəşfiyyat qüvvələri və SEPAH Quru Qoşunlarının hərbçiləri Kirmanşah vilayətində xarici casusluq agentlikləri ilə əməkdaşlıq etdiklərinə görə iki şəxsi həbs ediblər.

Dünya Gündəm Hadisə

Türkiyədə avtomobil su kanalına aşıb, 6 nəfər ölüb

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda avtomobilin suvarma kanalına aşması nəticəsində 6 nəfər həyatını itirib. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb edilib. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Dünya Gündəm Hadisə

“Fars”: Hörmüzdə neft tankerində partlayış baş verib

Hörmüz boğazında iri neft tankeri partlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. “Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) boğazdan çıxarkən hücuma məruz qalıb”, – məlumatda bildirilib. Qeyd olunub ki, “Sentinel-2” peykinə aid olan görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.