Year: 2026

Dünya Gündəm İQTİSADİYYAT

“Volkswagen” daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın “Volkswagen” avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. Əks-səda “Spiegel”ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin, həm komplektləşdirici hissələr istehsalı bölməsinin, həm də qrupun baş ofislərinin daxil olduğu “Volkswagen AG” şirkəti, yuxarıda qeyd olunan müddətə […]

Dünya Gündəm Siyasət

Monqolustan Prezidenti ilk dəfə Belarusa səfər edəcək

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux oktyabrın 24-26-da Belarusa rəsmi səfər edəcək. Əks-səda xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın “Pul pervoqo” “Telegram” kanalının məlumatında bildirilib. Qeyd olunub ki, bu, onun Belarusa ilk səfəridir. Səfər çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqların aparılması, əməkdaşlıq haqqında sənədlərin imzalanması gözlənilir. Bundan başqa, Belarus-Monqolustan biznes-forumu keçiriləcək.

Dünya Gündəm Hadisə

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. “Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xarici pilotsuz uçuş aparatı tapılıb. Partlayışa bənzər səs barədə məlumat daxil olduqdan sonra Milli Silahlı Qüvvələr Dövlət Polisi ilə əməkdaşlıq çərçivəsində mümkün […]

Dünya Gündəm Hadisə

Madriddə pensiya sisteminin özəlləşdirilməsinə qarşı nümayiş keçirilib

Madriddə oktyabrın 24-də bir neçə min nəfər dövlət pensiya sisteminin müdafiəsinə və onun mümkün özəlləşdirilməsinə qarşı nümayişə çıxıb. Əks-səda ispan mediasına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları pensiyaçıların alıcılıq qabiliyyətinin qorunması və sosial müdafiənin gücləndirilməsi üçün tədbirlərin görülməsini tələb ediblər. Nümayişi hər il oktyabrda Madriddə bütün İspaniyadan pensiyaçıları toplayaraq belə bir aksiya keçirən Dövlət Pensiya Sisteminin […]

Dünya Gündəm Hadisə

Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək

Bütün Fransa üzrə etirazlarla əlaqədar 135 nəfər saxlanılıb. Əks-səda fransız mediasına istinadən xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunyes brifinq zamanı bildirib. Onun sözlərinə görə, müsadirə edilmiş silahlar arasında metal şarlar, fişənglər, sapandlar, polad güllələr, əldəqayırma silah, katana (yapon qılıncının bir növü) və straykbol silahı var. O əlavə edib ki, “küçələrdə 136 aksiya” […]

Dünya Gündəm Hadisə

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib, iki Türkiyə vətəndaşı saxlanılıb

Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli taekvondo federasiyasının prezidenti Slavi Binev öldürülüb. Əks-səda xəbər verir ki, bu barədə “Nova” telekanalı xəbər verir. O, başından güllələnərək öldürülüb, hadisə yerində giliz aşkar edilib. Qətl barədə məlumat alındıqdan təxminən bir saat sonra hakimiyyət orqanları “Trayanın qapıları” tuneli rayonunda silahla üç nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb. […]

Dünya Gündəm Hadisə Sağlamlıq

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. “Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmiş hal var, onlardan 2 635 nəfər sağalıb və 4 757 nəfər ölüb. Kontaktların izlənilməsi göstəricisi 89,1%-ə yüksəlib”, – […]

Gündəm Hadisə Ölkə

Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar. Toqquşmadan sonra […]

Dünya Gündəm Hadisə

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasına səbəb olan 39 yaşlı şəxsin həbs müddəti uzadılıb. Şübhəli barəsində toksikoloji ekspertizalar aparılır.

Cəmiyyət Gündəm KriminaI Ölkə

Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.