Year: 2026

Dünya Gündəm

İspaniya və Fransada meşə yanğınları davam edir, 250 mindən çox insan təxliyə edilib

İspaniya və Fransada geniş əraziləri əhatə edən meşə yanğınları səbəbindən 250 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Əks-səda xəbər verir ki, İspaniyada ölkənin mərkəzi bölgələrindən təxminən 70 min nəfər təxliyə olunub. Fransada isə 197 min nəfər, o cümlədən Bordo şərabçılıq bölgəsinin on minlərlə sakini təhlükəsiz ərazilərə köçürülüb. İspaniya tarixində ilk dəfə meşə yanğınları səbəbindən […]

Gündəm Hadisə Ölkə

Qəbələdə açıq sahədə yanğın baş verib

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. Əks-səda xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət […]

Gündəm Ölkə

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Əks-səda Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq. Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin […]

Gündəm Hadisə Ölkə

Kürdəmirdə zəncirvari yol qəzası olub, iki nəfər xəsarət alıb

Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobillərdən […]

Dünya Gündəm

Rusiya Xersona zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri son sutka ərzində aviasiya, pilotsuz uçuş aparatları (PUA) və artilleriyadan istifadə etməklə Ukraynanın Xerson vilayətində yerləşən 36 yaşayış məntəqəsinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, hücumlar nəticəsində iki nəfər həlak olub, daha 24 nəfər isə müxtəlif dərəcəli […]

Dünya Gündəm Hadisə

Kastamonuda leysan yağışları selə səbəb olub, ev və iş yerləri su altında qalıb

Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub. Əks-səda xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb. Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb. Bununla yanaşı, daşqın səbəbindən Bartın vilayətinə gedən avtomagistral bağlanıb. Sel və daşqın nəticəsində xəsarət alanlar barədə məlumat […]

Gündəm Hadisə Ölkə

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib. Belə ki, Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən piyadalar – 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998 təvəllüdlü Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə […]

Hadisə KriminaI Ölkə

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Əks-səda -ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Dünya Hadisə Manşet

Elbrus dağına çıxan beş alpinist ölüb

Elbrus dağına çıxan yeddi alpinistdən beşi ölüb. Əks-səda xəbər verir ki, hamısı Bosniya və Herseqovina vətəndaşı olan qrupdan yalnız iki alpinist sağ qalıb. Belə ki, alpinistlərdən biri dağdan enərək kömək çağırıb, ikincisinə mütəxəssislər tərəfindən yardım edilib. Hər ikisi hazırda xəstəxanadadır. Elbrus dağına dırmanan əcnəbi alpinistər bələdçi olmadan müstəqil şəkildə hərəkət ediblər.

Dünya Gündəm KriminaI

Adanada silahlı hücum nəticəsində 3 nəfər ölüb

Türkiyənin Adana şəhərinin Çukurova rayonunda silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib. Əks-səda xəbər verir ki, avtomobildə olan Osman A. tapança ilə Ali Can Demirə, Sinan İlbəyə və Semra Yılmaza atəş açaraq hadisə yerindən qaçıb. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib. Tibb əməkdaşları 3 nəfərin həyatını itirdiyini müəyyən ediblər. Şübhəli […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.