Year: 2026

Dünya Gündəm Hadisə

Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb

Yaponiyanın bir sıra bölgələrində ardıcıl beşinci gündür ki, ekstremal istilər müşahidə olunur – havanın temperaturu 40°C-ni ötür. Əks-səda xəbər verir ki, şənbə günü 2011-ci ildən indiyə qədər temperaturun 40°C və daha yüksək olduğu ən uzunmüddətli dövr kimi qeydə alınıb. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Gifu prefekturasının Mino və Tacimi şəhərlərində temperatur müvafiq olaraq 40,8°C və 40,7°C, […]

Dünya Gündəm KriminaI

Fransa polisi terror aktı hazırlığı işi üzrə altı nəfəri saxlayıb

Fransa polisi Paris yaxınlığındakı Sarse kommunasında terror aktı hazırlamaqda şübhəli bilinən altı nəfəri saxlayıb. Əks-səda “Agence France-Presse”ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) məlumat yayıb. Qurumun məlumatına görə, saxlanılan şəxslərin hamısına cinayətkar qrup tərkibində quldurluq, həmçinin silahların qanunsuz daşınması və satışı ilə bağlı ittihamlar irəli sürülüb. Məhkəmə iclasından sonra onlar həbs […]

Gündəm Hadisə Ölkə

Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Chery” markalı nəqliyyat vasitəsi toqquşub. Toqquşmanın təsirindən təcili tibbi yardım avtomobili aşıb. Qəza nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və “Chery” markalı avtomobilin sürücüsü xəsarət alıb. […]

Dünya Gündəm Texnologiya

Amerika şirkətləri daha ucuz süni intellekt modellərinə keçirlər

Amerika şirkətləri xərcləri azaltmaq üçün Çin tərəfindən hazırlanmış modellər də daxil olmaqla, daha ucuz həllərin lehinə ən güclü süni intellekt modellərindən istifadədən getdikcə daha çox imtina edirlər. Əks-səda “The Wall Street Journal”a istinadən xəbər verir ki, iri və kiçik şirkətlər əsas vəzifələrin yerinə yetirilməsi üçün ən qabaqcıl süni intellekt modellərindən istifadəni məqsədəuyğun hesab etmirlər. “Bu, […]

Dünya Gündəm Hadisə

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb

Hindistanın Assam ştatında daşqınlar nəticəsində həlak olanların sayı 66 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Assam ştatının Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (ASDMA) bəyanatında bildirilib. Qeyd olunub ki, təbii fəlakət nəticəsində ştatın altı dairəsində 655 mindən çox insan zərər çəkib, daşqınlardan ən çox zərər çəkən rayon Sivasaqar olub. Hakimiyyət orqanlarının dəstəyi ilə altı […]

Gündəm Ölkə

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə […]

Cəmiyyət Gündəm Ölkə

Bakıda daxili iməcilik keçirilib

Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda növbəti daxili iməclik keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki […]

Digər Gündəm Ölkə

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.

Hadisə Manşet Ölkə

“Şuşa şəhərciyi”ndə market yanır

Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa şəhərciyi”ndə market yanır. Əks-səda xəbər verir ki, qəsəbə ərazisində “Al Market”də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Dünya Gündəm Hadisə

Rusiyanın Kostroma vilayətində baş verən yol qəzasında üçü uşaq olmaqla, beş nəfər ölüb

Rusiyanın Kostroma vilayətinin Kadıy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçü uşaq olmaqla, beş nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb. Dudino kəndi yaxınlığında baş verən qəzada “Niva” markalı minik avtomobili ilə yük avtomobili toqquşub. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü qarşı hərəkət zolağına çıxıb və […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.