Year: 2026

Gündəm KriminaI

Gürcüstanda azərbaycanlı gənc güllələnib

Gürcüstanda azərbaycanlı gənc başından güllələnib. Əks-səda Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib. 31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb. Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal […]

Dünya Gündəm Hadisə

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Çinin Qansu əyalətindəki daşqın nəticəsində turizm obyektində 10 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə CCTV dövlət teleşirkəti məlumat yayıb. Bundan əlavə, 23 nəfər yaralanıb. İyulun 26-da əyalətin bir neçə rayonunda güclü yağışlar yağıb və yerli hakimiyyət orqanları əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar yayıb.

Gündəm Hadisə Ölkə

Laçında 1,2 ton çətənə kolu məhv edilib

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Əks-səda -ya bildirilib ki, keçirilən tədbirlər zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 çətənə kolu məhv edilib. Faktla bağlı tədbirlər davam etdirilir.

Dünya Gündəm Hadisə

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

Rusiyanın bir neçə regionuna kütləvi dron hücumu nəticəsində ölən, yaralanan və zərərçəkənlər var. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi və regional qubernatorlar məlumat veriblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin bölgələri üzərində Ukraynaya məxsus 276 stasionar qanadlı dronu təyyarəsini tutaraq məhv edib. Rostov vilayətinin qubernatoru Yuri Slyusar […]

Dünya Gündəm Texnologiya

Türkiyədə dövlət tenderlərinin monitorinqində süni intellektdən istifadə olunur

Süni intellekt (AI) Türkiyənin dövlət tenderlərinin monitorinqini aparmaq üçün istifadə olunur. Əks-səda Türkiyə Rəqabət Departamentinin rəhbəri Birol Küleyə istinadla xəbər verir ki, Türkiyə Dövlət Satınalmaları İdarəsi tərəfindən təqdim edilən çoxlu sayda məlumat süni intellekt proqramları vasitəsilə təhlil edilir. “Biz rəqabət qaydalarının pozulması şübhəsi yaradan hər hansı bir təşəbbüsə diqqət yetiririk. Dövlət üçün ən optimal qiymətə və […]

Gündəm İQTİSADİYYAT

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb. Nazirlikdən Əks-səda -ya bildirilib ki, mövsüm ərzində 883 min 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 milyon 38 min 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 […]

Dünya Gündəm KriminaI

Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə olunub

Portuqaliya sahillərində Atlantik okeanında keçirilən beynəlxalq əməliyyat zamanı 2,6 tondan çox kokain daşıyan yüksəksürətli qayıq saxlanılıb. Əks-səda xəbər verir ki, əməliyyat İtaliyanın Maliyyə Qvardiyası, Portuqaliya və İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində həyata keçirilib. Məlumata görə, narkotik maddə Cənubi Amerikadan böyük gəmilər vasitəsilə gətirilən yükləri götürmək üçün istifadə edilən xüsusi sürətli qayıqda aşkarlanıb. Qayıqda olan dörd nəfər […]

Gündəm Hadisə Ölkə

Göyçayda transformator partlayıb, yanğın baş verib

Göyçay rayonunda elektrik transformatoru partlayıb, yanğın baş verib. Əks-səda xəbər verir ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış olub. Hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır. İlkin […]

Gündəm Hadisə Ölkə

Ələt-Astara yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Hyundai Sonata” və “Hundai Elantra” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər – Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Kərimov Məhər Qurban oğlu, Binəqədi rayon […]

Dünya Gündəm

Ukrayna Britaniyada dron istehsalı zavodu tikmək niyyətindədir

Ukrayna Böyük Britaniyada dron istehsalı zavodu tikmək niyyətindədir. Əks-səda xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində bildirib. O həmçinin qeyd edib ki, Kiyev Londonla “dronlar haqqında saziş” bağlamağı planlaşdırır. “Bütün təcrübəmizi Böyük Britaniya ilə bölüşməyə hazırıq və Britaniya tərəfinin də analoji addım atacağına ümid edirik. Buna görə də biz dronlar haqqında güclü saziş […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.