Year: 2026

Dünya Gündəm İQTİSADİYYAT

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib. Əks-səda xəbər verir ki, bu barədə Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) məlumat yayıb. Bildirilib ki, qurum bir neçə müəssisədə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının idxalını qadağan edib. “14-21 iyul tarixlərində aparılan yoxlamalar zamanı qurum Rusiyaya göndərilən məhsulların istehsalında yoluxmuş mal-qaranın südündən istifadə edildiyini təsdiqləyib. Ermənistan […]

Dünya Gündəm Hadisə

Pakistanda terror hücumu nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna kamikadze hücumu nəticəsində azı 14 nəfər həlak olub, 24 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilib ki, partlayıcı maddələrlə yüklənmiş avtomobil təhlükəsizlik postunda partladılıb. Güclü partlayış nəticəsində post tamamilə dağılıb. Məlumata görə, ölənlər arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Təsərrüfatı İdarəsinin bir […]

Dünya Gündəm Siyasət

İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşüb. Əks-səda xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin sosial şəbəkə hesablarında bildirilib. Qeyd edilib ki, nazirlər Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər. Rusiya Xarici İşlər Nazirliyi Lavrov və Əraqçinin Qırğızıstandakı danışıqlarının təfərrüatlarını açıqlayıb. Bildirilib […]

Gündəm KriminaI Ölkə

Bakıda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb. Əks-səda xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 2000 manat dəyərində qızıl-zinət əşyası və 800 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 28 yaşlı L.Əhmədzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq […]

Gündəm Ölkə Sosial

Göygöldə V Milli Yaylaq Festivalı başlayıb

Göygöl rayonunda V Milli Yaylaq Festivalı başlayıb. Əks-səda xəbər verir ki, Göygöl rayonu Yeni Zod kəndinin ərazisində yerləşən “Xan Yurdu” entoqəsəbəsində ənənə halını almış sayca beşinci olan Milli Yaylaq Festivalına start verilib. Festival Göygöl Rayon İcra Hakimiyyəti, eləcə də Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi […]

Gündəm Idman

UEFA Avropa Liqası: “ÇSKA Sofiya” “Qarabağ”la cavab matçının biletlərini satışa çıxarıb

Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb. Əks-səda xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, azarkeşlər qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi “Vasil Levski” stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 12 […]

Dünya Gündəm

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib. “Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası […]

Dünya Gündəm

Çin “Noul” qasırğası ilə əlaqədar narıncı təhlükə səviyyəsi elan edib

Çin Milli Rəsədxanası bu il sayca 12-ci olan “Noul” qasırğası ilə əlaqədar dördpilləli sistemdə təhlükə dərəcəsinə görə ikinci olan narıncı təhlükə səviyyəsini elan edib. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. “Noul” qasırğasının mərkəzi Maniladan (Filippin) təxminən 560 km şimal-şərqdə yerləşirdi. O, saatda 25-30 km sürətlə qərb – şimal-şərq istiqamətində hərəkət edəcək. Bununla […]

Dünya Gündəm

Rusiya ordusu Kiyevə raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib. Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib. “Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir”, – o, sosial şəbəkə hesabında yazıb. Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı raketlərin Kiyev istiqamətində hərəkət etdiyini təsdiqləyib. “Kiyev istiqamətində bir neçə yüksək sürətli hədəf […]

Gündəm Ölkə

ADY: Tbilisi istiqamətində növbəti əlavə vaqonların istismarı üçün iş aparılır

Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparır. Əks-səda xəbər verir ki, bu barədə məlumatı səhmdar cəmiyyət yayıb. Məlumata əsasən, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir: “Bu təhlillərin nəticələrinə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.