Year: 2026

Dünya Gündəm Hadisə

Krasnodara PUA hücumları nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə qubernator Veniamin Kondratyev məlumat verib. Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə “Wildberries” anbarının əməkdaşı həlak olub. “Üç nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə orta ağırdır. Onlar şəhərin tibb müəssisələrinə yerləşdiriliblər. Qalan altı […]

Dünya Gündəm

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına dron zərbələri endirib. Əks-səda xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məlumatında deyilir. “Səhər saatlarında ordu Əzraqdakı (İordaniya) “Müvəffəq Salti” bazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına dronlar vasitəsilə zərbələr endirib. Bundan başqa, Bəhreyndəki “İsa” aviabazasında ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına, həmçinin ağır aviasiyaya texniki […]

Dünya Gündəm Maraqlı

Avstriyada Hitlerin doğulduğu ev polis məntəqəsinə çevrilib

Avstriyanın Braunau-na-İnne şəhərində Adolf Hitlerin doğulduğu ev yenidənqurma işləri başa çatdıqdan sonra polis məntəqəsinə çevrilib. Əks-səda xəbər verir ki, bu barədə SRF portalı yazır. Yenidənqurma işləri bir neçə il davam edib və təxminən 20 milyon avroya başa gəlib. Uzun müddət xüsusi mülkiyyətdə olmuş binada rayon polis idarəsinin və yerli polis məntəqəsinin əməkdaşları fəaliyyət göstərəcək.

Dünya Gündəm Hadisə

Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

Gürcüstanda zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 20:40-da Axalqori şəhərindən 23 kilometr şimalda, Ukanamxari kəndindən 1 kilometr aralıda qeydə alınıb. Bildirilib ki, zəlzələnin maqnitudası 3.3 təşkil edib. Dağıntı və ya xəsarət alanlar barədə məlumat […]

Manşet Ölkə

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. Əks-səda xatırladır ki, 151 il əvvəl – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet xalqın […]

Gündəm Maraqlı Sağlamlıq

Günvurmadan qorunmaq üçün nələrə diqqət etməliyik?

Yay mövsümündə havaların kəskin istiləşməsi ilə günvurma halları əsas problemlərdən biridir. Xüsusilə günün ən isti saatlarında açıq havada uzun müddət qalan insanlar bu risklə daha çox qarşılaşırlar. Günvurma vaxtında müdaxilə edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs günvurma necə baş verir, hansı əlamətlərlə özünü göstərir, ondan necə qorunmaq lazımdır və belə hallarda ilk yardım […]

Gündəm Idman Maraqlı

Fransa millisi Zidana tapşırıldı

Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib. Əks-səda xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Romano özünün sosial şəbəkə hesabında paylaşıb. Məlumata görə, hələ ötən ilin noyabrında əldə olunan şifahi razılaşma artıq kağız üzərində öz təsdiqini tapıb. Bildirilir ki, bir çox klublar ötənlərin ulduz […]

Dünya Gündəm İQTİSADİYYAT

Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi

Yaxın Şərq regionunda toqquşmaların şiddətlənməsi səbəbindən Avropada təbii qazın dəyəri son dörd ay ərzində qeydə alınan ən yüksək göstəriciyə çatıb. Əks-səda xəbər verir ki, iyulun 20-də təbii qazın qiyməti meqavat-saat üçün 60 avro həddini keçib. Bu, mart ayının ortalarından etibarən qeydə alınan ilk belə haldır. Bu gün isə bu göstərici 59 avroya bərabər olub. Artım ABŞ-nin […]

Gündəm Hadisə Ölkə

Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Xətai məhəlləsində baş verib. Hadisə nəticəsində elektrik, 1963-cü il təvəllüdlü Tofiq Məmmədov yanıq xəsarəti alıb. Məlumata görə, hadisə elektrik naqillərində qısaqapanma nəticəsində baş verib, anidən avtomatda partlama meydana gəlib. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gündəm Hadisə Ölkə

Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb

Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb. Əks-səda Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.