Year: 2026

Cəmiyyət Gündəm Ölkə

Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Əks-səda xəbər verir ki, bu barədə BŞİH mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub. Həmçinin kommunal […]

Gündəm Hadisə Ölkə

Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət Gündəm Ölkə Texnologiya

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 8 yerdə SES tikilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 8 yerdə su elektrik stansiyasının (SES) tikintisi davam etdirilir. Əks-səda xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev “Xalq qəzeti”ndə dərc olunmuş məqaləsində bildirib. Onun sözlərinə görə, Azərbaycanın elektroenergetika strategiyasında işğaldan azad edilmiş ərazilərin enerji təminatının qurulması və yerli resurslardan səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır: “Qarabağ və Şərqi […]

Cəmiyyət Manşet Ölkə Rəsmi

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub. Əks-səda xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb […]

Gündəm Hadisə Ölkə

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Astarada kişi pilləkəndən yıxılaraq ölüb. Əks-səda xəbər verir ki, Maşxan kəndində yaşayan Şirvanov Qurbanəli Meco oğlunun yaşadığı fərdi yaşayış evində pilləkəndən yıxılıb. Nəticədə Q. Şirvanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Gündəm Idman Ölkə

UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Əks-səda xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq. Xatırladaq ki, “Sabah” hazırda Liqa mərhələsində 3 xalla […]

Cəmiyyət Gündəm Hadisə Ölkə

Kürdəmirdə “Mercedes” “KamAZ”a çırpılıb, yaralılar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Fərahim Hüseynov, Şəhriyar Ağazadə, Elvüsal Mustafayev və daha bir nəfər ağır bədən xəsarətləri alıblar. Yaralılar […]

Dünya Gündəm Hadisə

Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl mədənində torpaq uçqunu nəticəsində azı 14 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Əks-səda “Caracol” telekanalına istinadən xəbər verir ki, bu barədə Narinyu departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib. “Hazırda 14 nəfərin öldüyü məlumdur, daha 7 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri artıq başa çatıb”, – o deyib. Daha […]

Dünya Gündəm Siyasət

Pentaqon rəhbəri İsrailə gizli səfər edib

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb. Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.