Leyla Əliyeva Türkmənistanda səfərdədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib. Əks-səda xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşılayıb. Sonra Leyla Əliyevanın Oğulcahan Atabayeva ilə çay masası əsnasında qısa görüşü olub.











