Year: 2026

Dünya Gündəm Siyasət

ABŞ-nin “George H.W. Bush” təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb

Amerikanın “George H. W. Bush” aviadaşıyıcısı Tailanda səfərindən sonra Yaxın Şərqdə əməliyyatları davam etdirmək üçün Ərəbistan dənizinə qayıdıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində bildirib. “George H. W. Bush” bu yaxınlarda Tailanda etdiyi səfərdən sonra Ərəbistan dənizində patrul xidməti aparır. Aviadaşıyıcının heyəti və göyərtəsində olan ümumi sayı […]

Dünya Gündəm Hadisə

Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər

Albaniyada hökumət əleyhinə etiraz aksiyasının iştirakçıları İqtisadiyyat Nazirliyinin binasına soxularaq xidməti otaqları darmadağın ediblər. Əks-səda “Albanian Daily News”ə istinadən xəbər verir ki, nümayişçilər binadan mebel və avadanlıqları çıxarmağa başlayıblar. Portalın məlumatına görə, iğtişaşlar zamanı ölkənin Mərkəzi Seçki Komissiyasının binasına da ziyan dəyib. Tiranada etirazlar oktyabrın 13-də Təhsil Nazirliyinin binası qarşısında tələbələrin aksiyası ilə başlayıb və ertəsi […]

Dünya Gündəm Texnologiya

Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir

Böyük Britaniyanın Baş naziri Endi Börnhemin dəftərxanası ölkənin Müdafiə Nazirliyinin yeni nəsil hərbi peyklərin yaradılması üçün Amerikanın “Lockheed Martin” şirkəti ilə bağlamağı planlaşdırdığı 2 milyard funt sterlinq (2,65 milyard dollar) dəyərindəki müqaviləni yoxlayacaq. Əks-səda “The Daily Telegraph”a istinadən xəbər verir ki, söhbət Britaniyanın “Skynet” hərbi rabitə sistemi üçün nəzərdə tutulan peyklərdən gedir. Nəşrin məlumatına görə, Londonda […]

Dünya Gündəm Idman

UEFA Avropa Liqasında II turun oyunları keçirilib

UEFA Avropa Liqasının əsas mərhələsində II tura start verilib. Əks-səda xəbər verir ki, “Milan” səfərdə “Zaltsburq”un qonağı olub. “Yuventus” İspaniyada “Selta” ilə üz-üzə gəlib. UEFA Avropa Liqası Liqa mərhələsi, II tur 15 oktyabr “Lion” (Fransa) – “Kristal Pelas” (İngiltərə) 3:2 AZ (Niderland) – “Hapoel” (Beer-Şeva, İsrail) 2:1 “Yunion” (Belçika) – “Real Sosyedad” (İspaniya) 1:1 “Zaltsburq” (Avstriya) […]

Dünya Gündəm Hadisə

İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildiyini açıqlayıb. Əks-səda bu barədə “TRT Haber”ə istinadən xəbər verir. Nazirin sözlərinə görə, yağıntılar nəticəsində bir nəfər elektrik cərəyanının vurması nəticsində, iki nəfər isə boğularaq ölüb. M. Çiftçi qeyd edib ki, İstanbul üzrə 3 055 nəfər Fəlakət və Fövqəladə […]

Dünya Gündəm Hadisə

İsrail aviasiyası Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda azı beş yaşayış məntəqəsində “Hizbullah” radikal qruplaşmasının obyektlərinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə “Al-Markaziya” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İsrail təyyarələri Beyt-Lif, Meyfadun, Sarbin, Haris və Əl-Mansuri yaşayış məntəqələrində qruplaşmanın obyektlərini hədəfə alıb. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Bundan […]

Gündəm Ölkə Siyasət

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Əks-səda bu barədə prezidentin mətbuat xidmətinə istinadən xəbər verir. “Prezident Şavkat Mirziyoyev Azərbaycana məhsuldar işgüzar səfərini başa çatdırıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar. Özbəkistan Prezidenti Daşkəndə yola düşüb”, – […]

Dünya Gündəm Hadisə

Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb

Yəmənin cənubundakı Ədən şəhərində Əl-Maşiq prezident sarayının ətrafında beş partlayış baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. Məlumata görə, saray raket atəşinə məruz qalıb. Yəmənin Baş naziri Şaya əz-Zindani və Nazirlər Kabineti üzvlərinin təhlükəsizliyi təmin olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.