Year: 2026

Gündəm KriminaI Ölkə

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiyanın Baş Prokurorluğu təmin edib. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən […]

Cəmiyyət Gündəm Ölkə

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Gündəm Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Əks-səda xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlət başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı. Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin […]

Dünya Gündəm Hadisə

ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub

ABŞ-nin Bend şəhərində (Oreqon ştatı) ibtidai məktəbdə baş verən atışma nəticəsində üçü uşaq, dörd nəfər həlak olub. Hücum edən şəxs də ölüb. Əks-səda xəbər verir ki, dörd nəfərin ölümü ilə bağlı məlumatı telekanalın federal hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiqləyib. Atışma ibtidai məktəbdə baş verib. Polisin məlumatına görə, əvvəlcə təhsil müəssisəsinin yaxınlığında avtomobilə atəş açılması barədə məlumat daxil […]

Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. Əks-səda xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə […]

Dünya Gündəm Hadisə

La-Manş tunelinin Fransa tərəfində avtobus yük qatarı ilə toqquşub, 19 yaralı var

La-Manş tunelinin Fransa tərəfində avtobus və yük qatarının toqquşması nəticəsində 19 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Sky news” telekanalı məlumat yayıb. Bildirilib ki, sürücü də daxil olmaqla, mikroavtobusda 19 nəfər olub. Yaralananların ikisinin vəziyyəti ağırdır. Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürənlər, polis və helikopter göndərilib. Bildirilib ki, mikroavtobusla yük qatarı arasında […]

Dünya Gündəm Siyasət

Məsud Pezeşkian İrəvanda səfərdədir

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ermənistanda keçirilən Bioloji müxtəliflik Konvensiyasının Tərəflər Konfransının 17-ci sammitində iştirak etmək üçün İrəvanda səfərdədir. Əks-səda xəbər verir ki, bu barədə İRNA bildirib. Məlumata görə, Məsud Pezeşkianın konfransda çıxışı da gözlənilir.

Dünya Gündəm Texnologiya

Tramp amerikalı pilotların naməlum uçan obyektlərlə qarşılaşmalarından danışıb

ABŞ Prezidenti Donald Tramp qeyri-adi dərəcədə yüksək sürət yığa bilən naməlum uçan obyektləri gördüklərini iddia edən amerikalı hərbi pilotlarla şəxsən söhbət etdiyini bildirib. Əks-səda xəbər verir ki, Amerika lideri bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. “Mən belə şeylərə o qədər də inanmırdım. Mənim ancaq bu barədə danışan dostlarım var. Amma dəqiq bilirəm ki, biz olduqca qəribə […]

Gündəm KriminaI Ölkə

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib

Abşeron rayonunun Xırdalan şəhərində gecə saatlarında orta məktəblərdən birinin şüşələri daş parçaları ilə sındırılıb. Əks-səda xəbər verir ki, polis xuliqanlıq hərəkətlərini törətməkdə şübhəli bilinən Bəxtiyar Muradovu saxlayaraq həbs edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Gündəm Hadisə Ölkə

Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Isuzu” markalı yük maşınında olan […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.