Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Albaniyada 130 gündür, etirazlar davam edir

Albaniyanın paytaxtı Tiranada Adriatik dənizi sahilindəki təbiəti mühafizə zonasında böyük turizm kompleksinin tikintisi planlarına görə başlayan hökumət əleyhinə aksiyalar ardıcıl 130-cu gündür ki, keçirilir. Əks-səda ATA agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumət binasına doğru istiqamətləniblər. Etirazçılar baş nazir Edi Ramanın istefasını, seçki qanunvericiliyinin dəyişdirilməsini və mühafizə olunan təbii ərazilər haqqında qanuna edilən düzəlişlərin ləğvini […]

Hadisə
Dünya Gündəm Hadisə

Qətər sahillərində tankerə hücum edilib, xəsarət alanlar var

Qətər sahillərindən təxminən 51 dəniz mili (94 km) şimalda tanker hücuma məruz qalıb, xəsarət alanlar var. Əks-səda Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, gəmiyə bir neçə mərmi atılıb. Xəsarət alanların sayı barədə məlumat yoxdur. UKMTO baş vermiş hadisənin hallarını araşdırmağa başlayıb. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib. Əks-səda xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.

Siyasət
Dünya Gündəm Siyasət

Yunanıstan ABŞ-dən 4 milyard dollar dəyərində silah alacaq

Yunanıstan Xarici Hərbi Satışlar (XHS) proqramı çərçivəsində ABŞ-dən 4 milyard dollar dəyərində hərbi texnika və avadanlıq alacaq. Əks-səda Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Afinada keçirilən Yunanıstan-ABŞ strateji dialoqunun altıncı raundunun yekunlarına dair birgə bəyanatda deyilir. Tərəflər qeyd ediblər ki, tədarüklər Yunanıstanın uzunmüddətli müdafiə planlaşdırılmasını dəstəkləmək və iki ölkənin silahlı qüvvələrinin […]

Hadisə
Dünya Gündəm Hadisə

İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var

İranın Sistan və Bəlucistan vilayətinin Gülşən rayonunda polis idarəsi silahlı hücuma məruz qalıb. Əks-səda IRIB-yə istinadən xəbər verir ki, hücum edənlərdən biri zərərsizləşdirilib. “İki polis ekipajının çıxış yolunda partlayışın baş verməsi və ardınca silahlı terrorçular tərəfindən atəş açılmasından sonra qətiyyətli tədbir nəticəsində onlardan biri məhv edilib, bir neçəsi isə yaralanıb”, – məlumatda bildirilib. Qeyd olunub ki, […]

Hadisə
Dünya Gündəm Hadisə

Zelenski: Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb

Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Əks-səda Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. “Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, […]

Hadisə
Gündəm Hadisə Ölkə

Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb

Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb. Əks-səda xəbər verir ki, qəzalardan biri Lerik-Zuvand yolunun Blabənd kəndi ərazisində baş verib. Belə ki, Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121 (Niva) markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən “UAZ” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “Niva” markalı nəqliyyat vasitəsində olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri Lerik rayonunun […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

Hadisə
Dünya Gündəm Hadisə

Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklər tətbiq edib

Parisdə polis “Sciences Po” universitetinin yaxınlığında etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklər tətbiq edib. Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Etirazçılarla polis əməkdaşları arasında toqquşmalar Sen-Jermen bulvarında başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin nümayişçilərin qurduğu maneələri dağıdırlar. Bundan əlavə, bildirilib ki, davam edən etirazlar çərçivəsində Marselin 5-ci dairəsində Mariya Küri adına orta məktəbin […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.